Aşağı Güzdək İradə Gülməmmədovanın yadına nə vaxt düşəcək?

Abşeron rayonun Aşağı Güzdək kəndinin bir qrup sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Adminstrasiyasının rəhbəri Samir Nuriyevə, Baş nazir cənab Ə.Əsədova Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə, Azərbaycan Respublikasının  Səhiyyə nazirinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə,AR Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə,“Azərsu” ASC sədri  Q.Hüseynova, AAYDA” ASC sədri Saleh Məmmədova,Ombudsman Aparatının rəhbərinə və KİV nümayəndələrinə Abşeron rayonun rəsmiləri tərəfindən birdəfəlik unudulmuş və taleyin ümidinə buraxılmış Aşağı Güzdək qəsəbəsinin aşıb-daşan problemlərindən,yerli  məmurların etinasızlığından, passivliyindən şikayət dolu müraciət məktubu ünvanlayıblar.

Aktualinfo.org kənd sakinlərindən Əsgərov Yusif Vaqif  oğlu,Lətifov Habil Becan oğlu,Nəsibov Müşfiq Əmir oğlu və digərləri tərəfindən imzalanmış müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırır.

 Biz, Aşağı Güzdək qəsəbə sakinləri bidlririk ki, yaşadığımız qəsəbədə sosial problemlər içində aşıb –daşır.Sadəcə kiçik bir müqayisə üçün deyək ki,hazırda Azərbaycanın ən ucqar kəndlərində belə içməli su, yol abadlıq işləri göz oxşadığı halda,nədənsə paytaxtımızın 13-cü km-də yerləşən qəsəbəmiz sanki gözdən könüldən uzaq unudulmuş yerdir.Hansı ki, burada 15000 nəfər əhali yaşayırıq.  Problemlər haqqında:

Su məsələsi uzun illərdir ən böyük problemimiz olaraq qalır. Su aylarla olan qalan qəsəbəni əhatə edən 20-25 faiz xəttinə verilmir.Yeni su xəttləri hələ də çəkilməyib. Qalan 70-75 % əhali suyu cibinin pulu ilə daşınma vasitəsilə alıb istifadə edir.

Qəsəbədaxili yollar: Mərkəzi əsas küçədən başqa demək olarki, məhəllədaxili yolların hamısı bərbad, asfaltsızdır. Sanki orta əsrlər kəndində yaşayırıq. Qəsəbənin çıxışından Bakı istiqamətində hərəkət etmək üçün gərək geriyə, Müşviq qəsəbəsinə gedib sonra paytaxta üz tutaq.Yəni 9-10 km əlavə yol qət edirik. Bakı-Şamaı yolunun sağında yerləşən “MİLA” Firması üçün ayrıca  dönmə yerini sifarişlə düzüb-qoşublar, amma 15000 əhalisi olan qəsəbəni nəzərə almayıblar. Qəsəbədaxili yollarımızda küçə işıqlanması yoxdur.Yağış yağanda küçələrdə palçıq əlindən tərpənmək olmur.

Kanalizasiya sistemi ümumiyyətlə yoxdur.Bu məsələ ilə bağlı rayon rəhbəri İradə Gülməmmədova biz vətəndaşlarla səyyar görüş zamanı bu problemi qaldırsaq da cavabında bildirmişdir ki, “Gedin həyətinizdə hərə bir “ŞANBO” quyuları tikin”.

Səhiyyə sistemi də demək olar ki, yox dərəcəsindədir. Belə ki, tibbi polklinika uçuq və bərbad vəziyyətdədir. Nə bir UZİ aparatı, nə də digər sadə aparat vardır.

Marşrutla bağlı onu deyə bilərik ki, bu qədər əhali olan qəsəbəyə yerli Bələdiyyənin nəzdində olan cəmi bir 511 n-li balaca tutumlu 23 yerlik “Otoyol” avtobusundan cəmi 5 ədədi xəttə buraxılıb. Nəticədə indiki pandemiya dövründə insanlarımız həmişə olduğu kimi qapılardan asılı vəziyyətdə gedib gəlirlər.Çünki hər avtobusa gündəlik 80-90 mananat plan qoyulduğu halda, yığılan vəsaitin hara xərclənməsindən xəbərimiz yoxdur.

 Hər bir evdən illik əmlak vergisilə barabər əlavə 36 manat təkcə “zibil”pulu veririk. Beləliklə, yerli bələdiyyə fonduna torpaq satışından əlavə təkcə bu xəttlə hər ay 30-40 000 AZN daxil olduğu halda bu pulların hara xərclənməsindən xəbərimiz yoxdur.Çünki bələdiyyə tərəfindən heç bir hesabat verilmir.

Köhnədənqalma məktəbimizin ümumi vəziyyəti acınacaqlıdır. Təmirsiz, uçuq haldadır.

Əhali, əlaxsus pensiyaçılar qəsəbədə bankomatın olmamasından çox əziyyət çəkirlər.

Qəsəbəmizin 12 şəhidi olmuşdur.

Cənab Prezident, İlham Əliyev! Doğrusu biz Abşeron rayonun rəhbərindən kanalizasiya  məsələsini özünəməxsus tərzdə “həll etdiyinə” görə demək olar ki, tamamilə əlimizi üzmüşük. Yəni bu məsuliyyətsiz cavabdan sonra hər hansı problemin həlli üçün bir də onun qəbuluna getməyimizi özümüzə artıq vaxt itkisi hesab edirk. Elə ona görə də ümidlə Sizə müaraciət edərək hamılıqla xahiş edirik ki, Azərbaycanın hər bir guşəsində apardığınız quruculuq-abadlıq işlırinin bizim qəsəbəmizə də şamil olunması barədə şəxsən göstəriş verməyinizi xahiş edirik  və hamılıqla minnətdarlığımızı bildiririk.

Hörmətlə,qəsəbə sakinləri:

1.             Əsgərov Yusif Vaqif oğlu ( 070-326 27 27),

2.            Lətifov Habil Becan oğlu  ( 050-541 99 14)

3.           Ağayev Yaşar Nizami oğlu  ( 050-466 87 87)

4.            Əsgərov Elvin telman oğlu  ( 077-733 33 83)

5.            Həsənov Xanlar Gürşad oğlu ( 050-550 54 96)

6.            Əsədzadə İntiqam Rizvan oğlu ( 050-520 84 28)

7.           Yasinov Elnur Ağahəsən oğlu ( 055-267 90 77)

8.           Ağayev İsmət Nizami oğlu  ( 050-466 87 87)

9.           Paşayev Ehtiram Zaid oğlu ( 070-509 43 99)

10.          Abdullayev Elşən Eldar oğlu ( 050-488 65 45)

1.1.        Mehdiyev Elmar Iliziyad oğlu   ( 077- 488 98 08)

12.         Yusifov Rəşad Şaiq oğlu     ( 050-318 84 86)

13.         Qurbanlı Nihad misirxan oğlu 9 055 997 42 48)

14.         Qədimov Ramal qədim oğlu,

15.          İmanov Ağadadaş Günəş oğlu   ( 055- 213 73 16)

16.          Qurbanlı Salam Misirxan oğlu  ( 051) 582 41 12)

17.          Nəsibov müşfiq Əmir oğlu,

18.          Abuşov Anar rasim oğlu ( 055- 682 25 03)

19.            Əsədov fazil Sevindik oğlu 

20.           Cəbrayılov  İsrəfil Nurəddin  055 867 36 56

21.           Alcanov Alxan Sılim oğlu

22.           Alcanov Fikrət Səlim oğlu  070-248 33 36.

23.            Əsədov İlqar Mins oğlu    050- 343 69 33.

 

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password