Sürücülər belə icazə alacaq – Yol polisindən xəbərdarlıq

Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməlidir.

Təsdiq mesajı gəldikdən sonra vətəndaş şəxsi avtomobili ilə 2 saat müddətində yaşayış yerini tərk edə bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev də məsələ ilə bağlı sürücülərə xəbərdarlıq edib.

O bildirib ki, qanunu pozanlarla bağlı tədbirlər qanun çərçivəsində həyata keçiriləcək:

“Xahişimiz odur ki, hər kəs sərtləşdirilmiş karantin rejiminə ciddi riayət eləsin. Yəni, “sms icazə” almadan çölə çıxmasın, yaxud kimsə icazə portalında qeydə alınıbsa, ondan təyinatı üzrə istifadə eləsin. Polis postlarının götürülməsindən sui-istifadə hallarına yol verilməməlidir. Bu, hər kəsin ziyanına işləyə bilər. İnsanların təcrid olunması, təmasın azaldılması – bu, yalnız onların sağlamlığı ilə bağlıdır. Düşünürük ki, kimsə sağlamlığını təhlükə altında qoyub, sui-istifadə hallarına yol verməyəcək. Buna yol verən şəxslər aşkarlandıqda isə qanunun tələbinə uyğun olaraq barələrində müvafiq tədbirlər görüləcək”.

Xatırladaq ki, bu gündən Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları ləğv edilib. Bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək. Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password