Ayasofya məscidə çevriləcək,Ərdoğan arzusuna çatdı – Ali Məhkəmənin qərarı açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Ayasofya məbədini məscidə çevirəcək.  Müvafiq qərar Türkiyə Ali Məhkəməsi tərəfindən qəbul edilib.

Bu haqda məlumatı “Оrthodox Times” nəşri yayıb.

Hakimlərin fikrincə, Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün kilsəni muzeyə çevirmək statusu ilə bağlı 1934-cü il tarixli sərəncamı qanun olaraq qalır, lakin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu statusun dəyişdirilməsi və ya saxlanılması barədə qərar vermək hüququ var.

Bundan əlavə, cümə axşamı kafedralın gələcəyi ilə bağlı məsələyə Türkiyə Dövlət Şurası baxıb. CNN qeyd edir ki, bununla bağlı dinləmələr cəmi 17 dəqiqə çəkib. Dövlət Şurasının rəsmi qərarı 15 gün ərzində elan ediləcəkdir.

Öz növbəsində, Türkiyə mediası Ayasofyada ilk müsəlman ibadətinin 2016-cı ildə uğursuz çevriliş cəhdinin növbəti ildönümündə, 15 iyulda reallaşacağını düşünür.

İstanbuldakı gələcək Ayasofya ətrafındakı müzakirələr 29 may tarixində, Konstantinopolun ələ keçirilməsinin ildönümündə yenidən başladı və məbəddə Quran oxundu. Bir həftə sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsinin mümkünlüyünü araşdırmağı tapşırdı. Daha sonra ədliyyə naziri Əbdülhəmit Gül kafedralın yenidən məscid olması çağırışını etdi və xarici işlər naziri Mevlut Çavuşoğlu da bunun lehinə danışdı.

Öz növbəsində, Türkiyənin erməni patriarxı II Saak, Ayasofyanın həm xristianlar, həm də müsəlmanlar üçün dua yeri olmasını təklif etdi. Pravoslav kilsələrinin nümayəndələri və yüksək səviyyəli diplomatlar, ABŞ dövlət katibi Mayk Pompeo da daxil olmaqla Ayasofyanın məscidə çevrilməsinin əleyhinə çıxış etdilər.

Xatırladaq ki, 2015-ci ildə bir məscidin açılışı zamanı Ərdoğanın başına bir kəklik oturmuşdu. 2017-ci ildə Türkiyə prezidenti bir məsciddə namaz qılarkən huşunu itirmişdi.

Qeyd: Ayasofya, keçmiş bir patriarxal pravoslav kilsəsidir, dünyaca məşhur Bizans memarlığının abidəsi 530-cu illərdə inşa edilmişdir. Min ildən çoxdur ki, Konstantinopoldakı Müqəddəs Sofiya məbədi Romadakı Müqəddəs Pyotr məbədinin tikintisinədək xristian dünyasının ən böyük kilsəsi olub. 1453-cü ildə şəhəri Osmanlılar tərəfindən ələ keçirdikdən sonra Müqəddəs Sofiya kilsəsi məscidə çevrildi və 1935-ci ildə bir muzey statusu aldı. 1985-ci ildə, İstanbulun tarixi mərkəzinin digər abidələri arasında, Müqəddəs Sofiya kilsəsi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password