“5G yalnız sürətli internet olmayıb, o çoxlu sayda xidmətləri özündə inteqrasiya edən ən müasir mobil texnologiyadır” – Əflatun Məmmədov

Məlum olduğu kimi müasir dövrdə internet həyatımızın tərkib hissəsinə çevrilməkdədir. Dünya əhalisinin böyük əksəriyyətinin internet istifadəçisi olması və bu yolla qısa zaman çərçivəsində dünyanın istənilən nöqtəsi ilə əlaqələrin qurulması,işbirliklərinin aparılması buna bariz nümunədir. İnternet yarandıqdan sonra dünyada bu xidməti göstərən on minlərlə provayder şirkətlərinin yaradılması,yüz milyonlarla domen adların qeydiyyata alınması və milyardlarla insanların sosial şəbəkə istifadəçisinin olması dünya iqtisadiyyatının inkişafında onun rolunun əhəmiyyətli dərəcədə artdığını bir daha təsdiq edir. İnternetin bu qədər inkişaf etməsi iqtisadi münasibətlər sistemində təzahür edən yeni hədəfləri, o cümlədən prioritet istiqamətləri müəyyənləşdirdi.

Aktualinfo.org Azərbaycanda informasiya texnologiyaları üzrə mütəxəsis olan,Azərbaycanda internetin inkişaf konsepsiyasını, o cümlədən internetdən istifadə qaydalarını yazan, həmçinin keçmiş Rabitə Nazirliyi adına Azərbacan İnternet Cəmiyyətinin həmtəsisçisi və Azərbaycanı internetin üst qurumu olan İCANN – da (İnternet Cooperation for Assigned Numbers and Names ) – və GAC – da ( Govermental Advisory Committee- Dövlət Məşvərət Komitəsi) təmsil edən, Azərbaycan Respublikası Rabitə Nazirliyi və hal- hazırda Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olan qurumunda texniki məsələlər üzrə müşavir və digər mühüm səlahiyyətli dövlət postlarında çalışmış Əflatun Məmmədovla müsahibəni təqdim edir.

(Müsahibənin əvvəli ilə bu linkdən tanış ola bilərsiniz.   https://aktualinfo.org/2020/06/30/az%c9%99rbaycanda-informasiya-v%c9%99-kommunikasita-texnologiyalarinin-probleml%c9%99ri-v%c9%99-perspektivl%c9%99ri-mut%c9%99x%c9%99ssis-aciqlayir/)

Əflatun müəllim, bildiyimiz kimi koronavirus pandemiyasının ortaya çıxmasından sonra tək Azərbaycanda deyil,bütün dünyada müzakirə olunan mövzulardan biri də 5 G texnologiyasının tətbiqi ilə bağlıdır. Son vaxtlar istər sosial şəbəkələrdə,istərsə də dövrü mətbuatda müxtəlif sahədə çalışanlar bu sistemin Azərbaycanda tətbiqi ilə bağlı fərqli fikirlər səsləndirir.Beşinci nəsil mobil rabitə
 hesab edilən bu yeni şəbəkə insanlar arasında nədən bu qədər qorxu yaradır?
 Bir mütəxəsis kimi bu texnologiyanın insan sağlamlığına təsirləri və gələcək perspektivləri barədə nə deyə bilərsiniz? 

Dünya əhalisi 5G mobil rabitə antenalarının quraşdırılmasına qarşı çıxırlar, İngiltərədə hətta bu antenalardan birini yandırdılar. “5G- əleyhinə hisslər” bütün dünyada o cümlədən ölkəmizdə də müşahidə olunur. Bir tərəfdən dünyadakı bəzi insanlar COVID-19 virusuna yoluxma hallarını 5G şəbəkələri ilə əlaqəli olduqlarına inandıqları üçün etiraz edirlər. Digər tərəfdən isə 5G sahəsində çalışan rabitəçilər və 5G tezlik spektrini satmaqla böyük gəlir əldə edən rabitə qurumları bunu tətbiq etməkdə maraqlıdırlar.
 Daha yüksək sütətli tezlikli 5G standartı əvvəlki (1G,2G,3G,4G) nəsillərin inkişafı ilə onların təbii davamıdır. 1G, 2G, 3G, 4G və 5G birdən başlayaraq beşə kimi mobil şəbəkə texnologiyaları, mobil telefon operatorları tərəfindən evalyusiya şəklində istifadədə olunur. Bəs bu “G” nə deməkdir? Çox sadə cavabı var. İngiliscə “Generation” yəni Azərbaycan dilində “Nəsil” mənasına gəlir. 1G və 2G əsasən səs və mesaj (məlumat) verlişi və qəbulu ilə məhdud sayda xidmətləri əhatə edirdi. 3G, 4G və 5G isə video və daha çox genişzolaqlı data- internet verlişini təmin edir.
 Çoxları yüksək tezlikli millimetr uzunluğunda elektromaqnit şüalanmaları insan həyatı üçün təhlükəli sayır. Amma əslində gündəlik istifadə edilən qızdırıcı mikrodalğalı sobada 5G –yə nəzərən daha yüksək tezlikli dalğalardan istifadə olunduğunu çox insan bilmir. 5G-də yüksək geniş tezlik spektirindən tezlikdən istifadə etməklə ötürülən məlumatların miqdarını artırmağa, baza stansiyalarının və antenaların əhəmiyyətli dərəcədə ölçüsünü azaltmağa imkan verir. Bu baza stansiyaları şəhər işıqlandırma dirəklərində, evlərin damında, magistral yollarda quraşdırılmış konsollarda və ya bunun üçün ayrıca nəzərdə tutulmuş dirəklərdə yerləşdirilə bilər.

5G” dünya iqtisadiyyatının həcmini 2,2 trilyon dollar artıracaq ...

5G-yə tələbat nədən yaranır?


5G ideyası əhalinin daha sıx məskunlaşan Çində yaranıb. Çünkü çox sayda insanın 4G-dən istifadə edərək stadionda, qatar stansiyasında, metroda və şəhərin ən çox əhalinin məskunlaşdığı yerlərdə eyni vaxtda sürətli İnternetdən istifadə etmək, video yaymaq, videolar izləmək və s. rabitə əlaqələrində fasilələr qaçılmazdır. Ölkəmizdə Avropa oyunları zamanı bu problemlər olmasın deyə oyun məkanlarında onlarla 3G və 4G mobil baza stansiyaları yerləşdirildi. Çində isə əhali sıx olduğundan bütün yaşayış məskənlərində 4G baza stansiyalarının sayını artırmaq iqtisadi cəhətdən əlverişli deyil. Bu problemi həll etmək üçün daha çox məlumatı yüksək sürətlə ötürən yeni bir standart tələb olundu. Bunu həll etmək üçün, onlar bir baza stansiyasında daha çox rabitə kanalı yaratmaq üçün tezlik zolağını artırdılar. Beləliklə 5G texnologiyasında əvəliki nəsillərə nəzərən sürətin çox olması əsas üstün cəhət olmayıb, əsas üstünlüyü rabitə kanalların çoxluğu və hər kvadrat kilometrdə olan istifadəçi sıxlığının yüksək olmasıdır.

Dünyada mobil rabitə şəbəkələri o cümlədən yeni nəsil 5G şəbəkəsi üçün standartların hazırlanması 3GPP (3-rd Generation Partnership Project) tərəfindən həyata keçirilir.
Tezlik artıqca baza stansiyaları arasında məsafə də əvəlki nəsildəki (bu fikir düzgün deyil stansiyalar arası məsafənin (baza stansiyaların əhatə dairəsinin -yəni sotların) azalmasında səbəb istifadəçi sayının artması və buna müvafiq olaraq bir baza stansiyadan istifadə imkanın artırılmas və həm də baza stansiyalada gücün aşağı salınması ilə bu baza stansiyada istifadə olunan tezliklərin(kanalların) digər yaxın sotlarda istifadəsinə imkan yadılmasıdır.), 30-40 km-dən 200-300 metrə qədər azaldı. Beləliklə 5G şəbəkə modelində daha çoxlu bir-birinə yaxın baza stansiyaları qurmaq tələb olunur.

Швеция запустила 5G - Первый деловой телеканал

5G-nin insanların sağlamlığına zərər vurması ətrafında yaranan mübahisələrdə hansı tərəf haqlıdır?

5G rəqəmli iqtisadiyyatın inkişafı üçün ən mühüm yüksək texnoloji vasitədir.Bununla bərabər bu texnologiyaların fokuslayıcı şüalanma mənbəyi kimi insan orqanizminə mənfi təsirləri və bu təsirlərdən yaranacaq fəsadlar tam öyrənilməyib. Ona görə bəzi alimlər və ya 5G texnologiya istehsalçı şirkətlərin rəqibləri bu texnologiyanın tətbiqini  koronavirusun inkişafına şərait yaratması kimi təqdim edirlər.
 5G daxil olmaqla mobil rabitədə millimetr uzunluğunda elektromaqnit şüalanmadan (Avropa ölkələrindı 700MHs (694-790), 3400-3800 MHs və 26,5-27,5 QHs tezlik diapazonlarında 5G-nin tətbiqi planlaşdırılır) istifadə edilir. Rentqen və ya qamma radiasiyasından fərqli olaraq, millimetr uzunluğunda 5G elektromaqnit dalğaların maddəni ionlaşdırmağa, yəni kimyəvi tərkibini dəyişdirməyə, məhv etməyə kifayət qədər enerjiyə sahib olması araşdırma tələb edir. Müxtəlif tezlikli radio dalğalarının insan orqanizmlərinə təsiri 1960-cı illərdən bəri tədqiq edilir.
    Bütün dünyada  qəbul edilən qaydalara əsasən ölkəyə qanuni şəkildə daxil olan hər hansı bir telekommunikasiya avadanlığını bəyan etmək üçün satıcı ölkənin sanitar və uyğunluq standartı tələblərinə əsasən həmin avadanlığa sertifikat almalıdır. Belə olan halda əhali tamamilə dövlət tənzimləməsinə etibar edə bilər.
    Bu günə kimi mobil rabitə, Wi-Fi ,“Bluetooth” və diğər radio-rabitə vasitələrinin insan sağlamlığına təsiri barədə çox sayda məlumatlar var, lakin onlar olduqca ziddiyyətlidir. “Ümumidünya Səhiyyə Təşkilatı” bu günə qədər yalnız termik qızmaya məruz qalma növünü tanıyır (məsələn, uzun müddət cib telefonunda danışanın qulağı istilikdən qızır.) və onu təhlükəli saymır.
 “5G və koronavirusla bağlı qorxulara gəldikdə, insanlar bu texnologiyanın tətbiqi ilə eyni vaxtda yeni bir virusla qarşılaşdığından bu texnologiyadan şühbələnməyə başlayıblar.Amma bu tezlik diapazonlarının əvvəlki nəsillərin diapazonundan daha zərərli olduğuna dair heç bir sübut yoxdur.Hər hansı bir yeni texnologiya həmişə insanlarda narahatlıq yaratmışdır. 5G tətbiqi dövründə pandemiya bəzi əhali qrupları arasında iğtişaşlar üçün katalizator rolunu oynadı. Ancaq narahatlıq üçün kifayət qədər sübutu olan əsl səbəblər bəlli deyil. 5G-də elektromaqnit radiasiya, yayılan millimetr uzunluğunda elektromaqnit dalğaların  COVID-19 koronaviruslarların yayılması ilə əlaqəli orqanik molekullara  təsiri tədqiq olunmalıdır.
      Yer kürəsinin əhalisi artıqca qidaya olan təlabat artığından insanlar qida məhsullarını sünü yolla mövcud maddələrin molekulyar qurluşunu dəyişdirməklə əldə etmək imkanlarına sahib olmaq haqqında fəaliyyətləri bir tərəfdən insanların həyat fəaliyyəti üçün vacib mikrobioloji mühüti inkişaf etdirsə də diğər tərəfdən o mühütə ciddi zərər verir. Xüsusi ilə geni dəyişilmiş qida məhsulların insan orqanizmlərinə zərərli təsiri inkişaf etmiş ölkələrdə daha çoxdur.
    Son dövrlər internetdə 5G istifadəsinə moratorium tələb edən petisiyalar yayılır. Amma heç kim 5G simsiz texnologiyaların tətbiqinə artan təlabatın qarşısını ala bilməz. Çünki 5G dünyada keyfiyyətli internet sıxlığını təmin edən, texnologiya olaraq internet vasitəsi ilə iş yeri, səyahət, alver, təhsil, bank əməliyyatları, xidmət, mədəniyyət, konsert, elm, dostluq, səhiyyə, internet əşya, yer kürəsinin hər millimetr kvadratına nəzarət və s. bəşəriyyətin həyat fəaliyyətinin bütün sahələrini əhatə edir.

5G şəbəkəsinin inkişaf
a təsirləri nə dərəcədə ölçülür?

Rəqəmli iqtisadiyyat inkişaf edən ölkələrdə müxtəlif sahələrdə çalışan işçilər nəqliyyat vasitələrindən istifadə etmədən vaxtına qənaət edərək, internet vasitəsi ilə iş serverlərinə (Avtomatik idarəetmə sistemlərinə)  məsafədən (distand) qoşularaq öz iş fəaliyyətini həyata keçirirlər. Vaxt dəyərə malik olduğundan işçi vaxta və nəqliyyat xərclərinə qənaət edir. Bu iş üsulunda məsafədən internetlə idarə olunan istehsal və emal sahələrinə koronafobiya mühüti o qədər də ciddi mənfi təsir göstərmir və bu sahələr iş ritmini saxlayırlar. Həmçinin iş yerləri qloballaşaraq yerindən aslı olmayaraq hər bir savadlı mütəxəsis evindən internet vasitəsi ilə dünyanın istənilən ölkəsində işləmək imkanı əldə edir.Amma koronavirus şəraitində  xidmət sahələri, turizm, nəqliyyat, kütləvi tədbirləri əhatə edən xeyir-şər sarayları, kafe, restoran və s. isə tənəzzülə uğrayır. Karonafobiya şəhər və kənd yaşayış mühütündə müxtəlif formada yeni yaşam tərzi tələb edir. Kənd biznesi açıq havada tarlada, biçənəkdə və s. elə də ciddi rejim tələb etmir. Koronofobiya bəşəriyyəti real qlobal dünyadan qoparıb, virtual (internet) dünyasına və ya internetin bir texnologiyası olan 5G-yə inteqrasiya edir. Koronafobiya mühütinin vaxtının uzanması cəmiyyətdə yeni ictimai və sosial münasibətlər formalaşdırdı. Maşınla maşın -M2M, maşınla insan Mİ, insanla-maşın İM münasibətləri inkişaf edərək insanlar arası birbaşa ünsiyyət münasibətləri nəzərə çarpan dərəcədə azaldı. 5G-ni texnoloji olaraq yalnız “daha sürətli internet” baxımından dəyərləndirmək texniki tərəfdən çox yalnışdır. Əgər bundan öncəki 4G bəndinə baxış keçirsək görərik ki, normal istifadə üçün bu texnologiyanın təmin etdiyi internet sürəti qənaətbəxşdir və daha sürətlisinə elə də ehtiyac yoxdur.

Получить независимость от импорта»: как в России разрабатывают ...

Bəs niyə məhz 5G?


5G yalnız sürətli internet olmayıb, o çoxlu sayda xidmətləri özündə inteqrasiya edən və hər zaman insanların yanında olan ən müasir mobil infokommunikasiyaya aid texnologiyadır. Bu texnologiyanın əsas hədəfi İnsan-İnsan, maşın-maşın (M2M) və İnsan-maşın dialoqlarını (bağlantılarını) təmin etməkdir.
    İnsan fəaliyyətinin bütün sahələrində və daha çox xidmət göstərməsi kimi hesablanan bu yeni texnologiya, nəticədə üç kateqoriyada qruplaşdırılır. Yəni bütün xidmət növləri bu üç sahənin daxilindədir. Bəs bunlar hansılardır? 
1-FeMBMS (Feuter evolved Multimedia Broadcast and Multicast Services)-  eMBB (Enhanced Mobile Broadband – Ətraflı Mobil Genişzolaqlı)
2- UuRLLC (Ultra Reliable Low Latency communication- Ultra Etibarlı Az Gecikmə)
3-mMTC (Massive Machine Type Communication – Kütləvi Maşınlar Komunikasiyası )
Yuxarıda adları çəkilən hər bir xidmət kateqoriyasının oxşar və fərqli texniki tələbatları var. Xidmət sahələrini şərh etmək üçün birincidən başlayaq.
FeMBBS-in xidmət sahələri:
Mobil televiziya və video yayım xidməti:
Əvvəlki mobil şəbəkə nəsillərinin ən böyük hədəfi olan yüksək sürətli internet bu kateqoriyaya aid edilir, yəni 4K, 8K UHD keyfiyyətli video, VR (Virtual Reallıq), AR ( Genişzolaqlı qoşulma reallığı) kimi xidmətlər. Bir sözlə yüksək sürətli genişzolaqlı internet bu xidmət sahələrinin tələbatını ödəyir.
UuRLLC-nin xidmət sahələri:
Sənayenin avtomatik idarəedilməsi, sürücüsüz nəqliyyat vasitələri, təhlükəsiz avtomobil idarə etmə, distand təhsil, distand iş, məsafəli tibbi müdaxilə və s.mMTC-in xidmətləri:
Bu kateqoriya digərlərinə görə daha cəlbedicidir. Demək olar ki, bütün ağıllı əşyaların (maşınların M2M) bir-biri ilə dialoquna hesablanıb. mMTC həm də “İoT” olaraq da bilinir. Çünki, İoT bundan öncəki texnologiyalarda da daha az sayda olsa da mövcud idi. “İoT” – un mənası “Əşyaların İnterneti” anlamına gəlir və ingilis dilində “İoT-Internet of Things” olaraq yazılır. Televizor, soyuducu, isitmə sistemi, yanğın sensoru, qaz sensoru, təhlükəsizlik kamerası, sayğaclar və insanların istifadə etdiyi bütün növ, hər cür əşyanı mMTC-in xidmət sahəsinə aid edə bilərik. Təbii ki, bunlar hal-hazırda evlərdə, məişətdə və gündəlik həyatımızda  istifadə etdiyimiz bu günkü əşyalar olmayacaq. Yeniləri ilə əvəz olunmalıdır. Hansılar ki, bunlar “ağıllı cihaz” və ya “ağıllı əşya”adlandırıla bilər. Bu əşyaların hər birində 5G şəbəkəsinə bağlanması üçün SIM karta bənzər vasitəçi olacaq. Və ən maraqlı tərəfi də budur ki, bu əşyaların əksəriyyəti batareya ilə çalışacaq və enerji saxlama müddəti 10 ildən daha çox nəzərdə tutulub. Sual yarana bilər ki, bəs şəbəkəyə qoşulan cihaz necə 10 il enerji saxlaya bilər? Bu cihazları və işləmə prinsipini mobil telefonlar kimi düşünməyək. Çünki, bunların serverə göndərəcəyi məlumat qərarlaşdırılmış zaman aralığında və çox kiçik paketlər olara göndəriləcək. Əgər evimizdən, ofisimizdən, əkin sahəmizdən uzaqda olsaq da onları mobil telefonlara quraşdırlmış uyğun proqramlarla izləmə imkanımız olacaq. Əkin sahasindəki torpağın temperaturu, quruluq dərəcəsi, havası və s. Evimizdə su, qaz, işıq istifadəsinə nəzarət qaz sızıntısı, enerji sərfiyyatı, təhlükəsizliyi və s.
  Əlbəttə ki, bu qədər xidmətin ərsəyə gəlməsi üçün 5G texnologiyası bundan öncəkilərlə müqayisədə çox inkişaf etdirilməlidir. Sadaladığımız üç kateqoriya üzrə olan xidmətlərin həyata keçməsi üçün texniki parametrlər daha fərqli olmalıdır.
5G-nin müstəqil işləməsi üçün, onun özünə məxsus standartları hazırlanıb.
  Texniki xüsusiyyətlərinə diqqət yetirsək:
    Masir və istiqamətlənmiş çoxsaylı-genişzolaqlı antenna sistemi istifadə olunaraq, bu siqnalı gücləndirir və internet sürətini artırır.  Həmçinin 3D adında da bu texnologiya radio siqnalın hər tərəfə deyil bir başa istifadəçiyə fokuslanmağa imkan yaradır.
    Radio və maqistral şəbəkələri virtuallaşdırılıb.  Misal üçün, yeni bir avadanlıq artırmaq lazım olduqda onu fiziki əlavə etməyə ehtiyac olmayacaq. Sadəcə proqram ilə artırıla biləcək. Bu da öz növbəsində həm vaxt həm də maliyyə tərəfindən xeyli qənaətə səbəb olduğundan cəlbedicidir.
    Small Cell ( Kiçik Baza stansiyaları) sayı çox olub, antenalar arası məsafə xeyli az maksimum 200-300 metrdir. Beləliklə 5G əhatə zonasında milimetr dalğa uzunluğunda fokuslayıcı şüa mənbələrin sıxlığı yüz dəfələrlə artacaq. Bunun əsas səbəbi millimetr uzunluğunda dalğalardan maneələri aşa bilməməsidir.
  Radio tərəfdə məlumatın göndərilmə tezliyi 1ms (milli saniyə) olaraq hədəflənib.
Yuxarıda saydığımız hər bir xidmət kateqoriya üçün ayrıca fiziki şəbəkə qurulmayacaq, bir fiziki şəbəkə üzərində hər xidmət qrupu üzrə virtual şəbəkələr yaradılacaq.
  Hədəf olaraq data qəbuletmə sürəti 20 GBit/s, data verliş sürəti isə 10 GBit/s olmaqla bir kvadrat kilometr ərazidə bir milyondan çox cihazın bağlantısını təmin edir.
  Şəbəkə tutum həcmini 1000 dəfədən çox artırmaq imkanı ilə hər bir istifadəçinin orta data qəbulu sürəti 100 Mbit/s, data verliş sürəti 50 Mbit/s-dir.
  Yuxarıda sadaladıqlarımızdan da göründüyü kimi, 5G sadəcə yüksək internet sürəti təmin etməyib, genişzolaqlı qlobal internet şəbəkə sistemində kommunikasiya əlaqələrinin çox geniş parametrlərini əhatə edir. Hal-hazırda bu texnologiyaların dünyada geniş tətbiqi planlaşdırılır.
    5G-də həmçinin ən yüksək tezliklərdə (millimetr) elektromaqnit dalğaları ilə yayımlanan və radiotelefon rabitə sistemi nəzərdə tutulduğundan  bu istifadəçi ilə elektromaqnit dalğa mənbəyi olan antenalar arasında yaxın təması intesivləşdirir.
 Son dövrlərdə mobil telefon və mobil antenaların elektromaqnit şüalanmasının insan orqaniziminə olan təsirləri tədqiq edən qurumlar mobil telefonlardan çox istifadə etməməyi və  Mobil Telefon antenası ilə yaxın təmasdan çəkinməyi tövsiyyə edir. Amma fakt ondadır ki, hər 200 metr məsafədə yerləşən 5G mobil antenalardan uzağda dayanmaq mümkün deyil.

Bu tezlik zolağının qiymətləri hamı üşün əlçatan olacaqmı?

Ölkəmizdə 5G tezik zolağı və onun qiyməti haqqında hər hansı məlumat əldə edə bilmədim. Rusiya Federasiyasında 5G-nun bütün perspektivlər üçün tezlik spektrinin illik ödənişi 112,4 milyard rubl təşkil edir. Ölkəmizdə hər üç mobil operator üçün 5G-nin qiyməti aidiyyəti qurumlar tərəfindən hesablanaraq müəyyən edilir. Tezlik zolağının  dəyərinin qiyməti onun spektrinin genişliyindən asılıdır. 5G şəbəkələrinə əvvəlki nəsil şəbəkələrindən daha geniş tezlik spektri tələb olunmur. Bu, fizikadan bildiyimiz kimi kanal nə qədər geniş olsa, fərdi bir abunəçinin sürəti və bütün şəbəkənin ümumi tutumu daha yüksək olacaq.  Beşinci nəsil əlaqəsində avadanlıq eyni vaxtda daha geniş “paket” üzərindən məlumat vahidini çox sayda abunəçiyə ötürə bilir. Əgər 4G üçün onun eni 20 MHz təşkil edirsə, Avropa ölkələrində 5G şəbəkələri 40-31 MHz 694-790 MHs diapazonunda FDD, 3.4-3.8 GHz TDD, 26,5-27,5 25-29 GHz TDD şəbəkəsi – olmaqla tezlik spektri təqribən 1400 MHz və daha da yüksəkdir. Onu da qeyd edim ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qeyd olunan tezlik zolaqlarının İMT (5G) xidmətləri üçün istifadəsinin razılaşdırılmasını 2023-cü ilin dünya konfransında baxılmasını və 2023-cü ilin dünya konfransının gündəliyinə salmışdır.Yəni  bu aspektdən 5G-nin istifadə etdiyi tezlik zolağı 4G-yə nəzərən 20 dəfə daha çox olduğundan qiyməti də uyğun olaraq 20 dəfə çox olmalıdır. Amma  dünyanın bir çox ölkələrində qiymətlərin hesablanması metodologiyasına azalma əmsallarını tətbiq etməyi təklif edir.  Çünki tezlik spektr haqlarının azaldılması rabitə xidmətlərinin inkişafına və bazar iştirakçıları arasında rəqabətin artmasına kömək edəcəkdir.

 

Ardı var

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password