Siqaretlərin yeni qiymətləri – Siyahı
Bu gündən etibarən siqaretlərin qiyməti 9-10 qəpik civarında bahalaşıb.
Topdan satış məntəqələrindən daxil olan məlumata görə, bahalaşma bütün növ siqaretlərin qiymətində baş verib.
“Azərbaycanda istehlak olunan bütün növ siqaretlər 9-10 qəpik bahalaşıb”, – deyə topdansatış məntəqələrindən bildirilib. Satış məntəqələrindən əldə etdiyimiz qiymət cədvəlində də bu özünü göstərir.
Bahalaşmanın səbəbi isə bəlli deyil. Bəzi satış məntəqələri isə bunu koronavirus pandemiyası ilə izah edirlər. Lakin pandemiyanın bəhanə olduğunu söyləyənlər də var.
Maraqlıdır ki, bahalaşmadan daha çox istehlakçılar deyil, pərakəndə satış məntəqələri narazılıq edir. Xüsusilə kiçik sahibkarlar bahalaşmanın onlara ciddi ziyan vuracağını deyirlər.
“İlin əvvəlindən bir dəfə bahalaşma olub. Həmin bahalaşmadan sonra biz siqaretləri topdansatış məntəqəəri ilə müqayisədə cüzi qiymət fərqilə satırdıq. Yəni,topdansatış məntəqələrindən aldığımız siqaretlərin üstünə qəpik-quruş qoyurduq. İndi qoyduğumuz pulu bir qədər də azaltmalıyıq. Bu isə o deməkdir ki, qazancımız azaltmalıyıq. Bu halda isə işləmək çətinləşəcək. Bunun vergisi, icra haqqı və s. ödənişləri var axı”, – deyə pərakəndə satışla məşğul olanlar bildirib.
Daha çox istehlak olunan siqaretlərin yeni qiymətlərini təqdim edirik. Məlumat üçün deyək ki, bu pərakəndə satış qiymətləridir və supermarketlərdə aparılan araşdırmalar nəticəsində tərtib edilib. Kiçik köşklərdə isə siqaretlər bundan da 5-10 qəpik baha qiymətə satılır.
Beləliklə, yeni qiymətlərlə tanış olun:
“Camel”- əvvəlki qiymət 3.2 manat, indiki qiymət 3.3 manat.
“Sobranie” – əvvəlki qiymət 3.2 manat, indiki qiymət 3.3 manat.
“Kent”(bütün növlər) – əvvəlki qiymət 3.2, indiki qiymət 3.3 manat.
“Winston”(bütün növlər) – əvvəlki qiymət 3, indiki qiymət 3.1 manat.
“Rothmans” (bütün növlər) – əvvəlki qiymət 2.3, indiki qiymət, 2.4 manat.
“Palmall” (bütün növlər) – əvvəlki qiymət 2.3, indiki qiymət 2.4 manat.
“West” (bütün növlər)- əvvəlki qiymət 2.3, indiki qiymət 2.4 manat.
“Winchester” (bütün növlər) – əvvəlki qiymət 2.3, indiki qiymət 2.4 manat./yenisabah/