“İslahatlara İman Nağıyevdən başlamaq lazımdır” – Vəkildən açıqlama

“Məhkəmə-hüquq sistemində kadr islahatları aparılacaqsa, ilk öncə Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevdən başlamaq lazımdır”. Bu fikirləri  açıqlamasında tanınmış vəkil Ceyhun Yusifov deyib.

Ceyhun Yusifov qeyd etdi ki, Azərbaycanda ən ədalətsiz məhkəmə Bakı Apellyasiya Məhkəməsidir: “”Bu məhkəmənin cinayət kollegiyasının “qapısından” belə mənim rastlaşdığım ədalət keçməyib. Ona görə də düşünürəm ki, Azərbaycanda məhkəmə – hüquq sistemində kadr islahatları aparılacaqsa, ilk öncə Bakı Apellyasiya Məhkəməsindən başlanılmalıdır. Burda isə islahatlara Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevdən başlamaq lazımdır. Çünki onun “səyi” nəticəsində həmin məhkəmənin ədalət tərəzisinin nizamı itmişdir. Bu halı təsdiq edən təkcə mənim əlimdə yüzlərlə fakt var. Ölkədə məhkəmə institutuna qarşı inamı ən çox sarsıdan da  Bakı Apellyasiya Məhkəməsidir. Buna bir son verilməlidir.”

Ceyhun Yusifov həm özünün, həm də vəkil həmkarlarının ölkədə həyata keçirilən hüquq islahatlarını dəstəklədiklərini bildirdi: “”Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı məhkəmə-hüquq sistemində köklü islahatların aparılmasını nəzərdə tutur. Daxili İşlər, Prokurorluq orqanlarında bu islahatlar rəhbərliyə gətirilən yeni kadrlar tərəfindən uğurla həyata keçirilir. Bu islahatların məhkəmə sistemində də özünü göstərməsi üçün  məhkəmə orqanlarının rəhbərliyinə yeni və gənc kadrların cəlb olunmasına ehtiyac var. Biz kadr islahatlarının məhkəmə sistemini də əhatə etməsini səbirsizliklə gözləyirik. İnanırıq ki, məhkəmə sistemində də ciddi kadr islahatları həyata keçiriləcək”.(azpolitika.info)

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password