“Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik” – İqtisadiyyat naziri

“Pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkə biləcəyini istisna etmirəm”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinqdə deyib.

Onun sözlərinə görə, istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır: “Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir”.

M.Cabbarov qeyd edib ki, sahibkarların qaydalara riayət etməsi vacibdir: “Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və gələcək həyat tərzimiz daha çox davranışlarımızdan asılı olacaq”.

Nazir əmin olduğunu bildirib ki, birgə səylərlə biznes tədricən iqtisadi itkiləri bərpa edəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password