Azərbaycanda İnformasiya və Kommunikasiya Texnologiyalarının problemləri və perspektivləri — Mütəxəssis açıqlayır
Məlum olduğu kimi müasir dövrdə internet həyatımızın tərkib hissəsinə çevrilməkdədir. Dünya əhalisinin böyük əksəriyyətinin internet istifadəçisi olması və bu yolla qısa zaman çərçivəsində dünyanın istənilən nöqtəsi ilə əlaqələrin qurulması,işbirliklərinin aparılması buna bariz nümunədir. İnternet yarandıqdan sonra dünyada bu xidməti göstərən on minlərlə provayder şirkətlərinin yaradılması,yüz milyonlarla domen adların qeydiyyata alınması və milyardlarla insanların sosial şəbəkə istifadəçisinin olması dünya iqtisadiyyatının inkişafında onun rolunun əhəmiyyətli dərəcədə artdığını bir daha təsdiq edir. İnternetin bu qədər inkişaf etməsi iqtisadi münasibətlər sistemində təzahür edən yeni hədəfləri, o cümlədən prioritet istiqamətləri müəyyənləşdirdi.
Aktualinfo.org Azərbaycanda informasiya texnologiyaları üzrə mütəxəsis olan,Azərbaycanda internetin inkişaf konsepsiyasını, o cümlədən internetdən istifadə qaydalarını yazan, həmçinin keçmiş Rabitə Nazirliyi adına Azərbacan İnternet Cəmiyyətinin həmtəsisçisi və Azərbaycanı internetin üst qurumu olan İCANN – da (İnternet Cooperation for Assigned Numbers and Names ) – və GAC – da ( Govermental Advisory Committee- Dövlət Məşvərət Komitəsi) təmsil edən, Azərbaycan Respublikası Rabitə Nazirliyi və hal- hazırda Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olan qurumunda texniki məsələlər üzrə müşavir və digər mühüm səlahiyyətli dövlət postlarında çalışmış Əflatun Məsim oğlu Məmmədovla müsahibəni təqdim edir.
Əflatun müəllim,Azərbaycanda informasiya texnologiyalarının müasir standartlar səviyyəsində qurulmasında, xüsusilə də internetin ölkəmizdə geniş yayılmasında sizin rolunuz danılmazdır. Müəyyən səbəblərdən artıq bu sahədən kənarda qalmısınız. Qurub yaratdığınız sistemin bu günkü fəaliyyəti sizi qane edirmi?
Qeyd etmək istərdim ki,genişzolaqlı- sürətli internet xidməti sahəsində bazarın stimullaşdırılması və ədalətli rəqabət mühüti yaratmaq vacib şərtdir.Ölkəmizdə hər bir operatorun istifadəçilərinin yararlandığı ümumi internetin sürətini abunəçilərin sayına böldükdə mobil və sabit şəbəkələrdə umumiyyətlə ölkəmizdə bir nəfərə düşən internet sürəti çox aşağıdır. Həmçinin diğər problemləri (İP ünvan çatışmamazlığı, mis kabellərin köhnəliyi, istifadəçi apparatlarında-kompüter, modem və spliterlərdə olan nasazlıqlar) də əlavə olunanda internet istifadəçilərinin narahatlıqlarını və şikayətlərini başa düşmək olar. “Telekommunikasiya və İKT-nin inkişafı üzrə Srateji Yol Xəritəsində” 2015-ci ilin 4 rübün məlumatlarına əsasən (mənbə TeleGeography, Akamal şirkəti ) Azərbaycanda sabit şəbəkədə bir genişzolaqlı internet istifadəçinin istifadə etdiyi orta sürət Qazaxstana nəzərən iki dəfə, Rusiyaya nəzərən üç dəfə aşağıdır. Ölkəmizdə genişzolaqlı internetin mövcud vəziyətinin araşdırılması və genişzolaqlı internetin inkişafı üçün xarici ölkələrin təcrübəsini öyrənməklə hərtərəfli elmi tədqiqat işlərinin aparılması aktual məsələdir.
Dünyanın bir çox inkişaf etməkdə olan ölkələrində, o cümlədən Azərbaycanda internet üçün istifadə edilən telefon kabel, xətt qurğulatının stansiya ilə abunəçi mənzili (ofisi) arasında son mill hissəsində internet xidmətinin keyfiyyəti yetərli olmayıb, onun strukturu hələlik asimmetrikdir. Əsas problem isə bu sektorda xidmət sahəsində bir tərəfdən rabitə sistemində dövlət tənzimləməsini həyata keçirən nazirliyin tərkibində inhisarçı mövqeyə sahib güclü (provoyderlər) ənənəvi operatorlar, digər tərəfdən isə bazarının özəl provoyderlər – iştirakçıları qərarlaşır. Ölkəmizdə nazirlik tabeçiliyində olan operatorlarla (“Bakıtelecom” MMC və Aztelekom MMC) telekommunikasiya bazarında həm oyunçu, həm də hakim rolunu oynayır. Beləliklə bu şəraitdə oyunçu həm də hakim olmaqla ədalətli konkurensiya prinsipləri pozulur. Çox zaman operatorlar arasında iqtisadi və ya resurslardan istifadədə ziddiyyətlər nazirlikdə deyil iqtisad məhkəmələrində həll olunur. Bu problemlərin həlli üçün yaranacaq “Müstəqil Tənzimləyici” orqanın əsas vəzifəsi bazara ədalətli rəqabət dinamikasının gətirilməsidir. Çünki sağlam bazar mühitində rəqiblər xüsusi ilə özəl provoyderlər öz bizneslərini genişləndirməyə, daim innovasiyalar tətbiq etməyə, texnologiyaların inkişafına investisiya yatırmaqda davam etməyə, yeni şəbəkə həllərinə nail olmağa meylli olurlar.
Güclü ədalətli rəqabət mühiti inkişafın əsas aparıcı qüvvəsidir. Bunun nəticəsində istifadəçilər (əhali) üçün qiymətə, keyfiyyətə görə real xidmət seçimi imkanı yaranır. Həmçinin dövlətin bu sahəyə sərmayə qoymaq yükü azalır. Dünyanın əksər inkişaf etmiş ölkələrində (Amerika, İngiltərə, Türkiyə, Yaponiya, Cənubi Koreya və s.) telekommunikasiya sahəsində müstəqil tənzimləmə qurumu fəaliyyət göstərir. MDB mıkanında isə Qazaxstan, Özbəkistan, Qırğızstan, Ukraniya, Gürcüstan və s. ölkərdə isə bu sektorda 20 ildən çoxdur ki, müstəqil tənzimləmə qurumları fəaliyyət göstərir. Bunun nəticəsində Qazaxstan genişzolaqlı internet xidməti həcmi və keyfiyyətinə görə ölkəmizdən iki dəfə öndədədir.
Struktur islahatları aparmaqla telekommunikasiya sektorunda xidmət həcmini iki dəfə və ya daha da çoxaltmaqla tələb olunan əmək resursları ilə əlavə iş yerlərinin sayını iki qat artırmaq olar. Təcrübəli peşəkar işçiləri ixtisar etməklə əmək haqqı xərclərini azaltmaq və ya ixtisar hesabına işdə qalıb vəzifələrini müxtəlif vasitələrlə qoruyub saxlayan işçilərin əmək haqlarının artırılması qruplar arası sosial asimetriya və zidiyyətlər yaradır. Ümumumiyyətlə təsərrüfat subyektlərində islahatlar ixtisar yönümlü deyil, iş və ya xidmət həcmin artırılması ilə əlaqəli- hörmətli Pezidentimizin siyasətinə uyğun yeni iş yerlərinin açılması ilə əlaqadar aparılmalıdır.
Genişzolaqlı internetin imkanlarından istifadə üçün zəruri bilik, bacarıqların yetərli olmaması, bir çox regionlarda əlaqədar infrastrukrun informasiya cəmiyyəti problemlərinin inkişaf etməməsi, idarəetmə sahəsində, İKT sahəsində peşə hazırlığının və biliklərinin lazımi səviyyədə olmaması, əhalinin bildiyi dildə kontentin az olması da genişzolaqlı internetin inkişafına əngəl olan əsas amillərdəndir Bu problemləri aradan qaldırmaq üçün bir sıra tədbirlər həyata keçirilməlidir.
* Birinci; Normal rəqabət mühitinin təmin edilməsi: Genişzolaqlı internet bazarının effektli inkişafı bütün rəqiblər arasında ədalətli və bərabər imkanların yaradılması. Müstəqil Tənzimləmə qurumunun yaradılması.
*İkinci; Lokal yerli kontingentin – yerli internet resurslarının yaradılması. Ölkəmizdə internet istifadəçilərinin 90 % xarici internet resurslardan istifadə edir. Nəticədə internet resurslarının beynəlxalq nəqli həcmi artır və qiymət bahalaşır.
* Üçüncü; Əhalinin İKT biliklərinin artırılmasına nail olmaq. İnsan potensialının və resurslarını inkişaf etdirmək. Nəticədə elektron xidmətlərinin həcminin maksimum artırmaqla rəqəmli iqtisadiyyatın qurulması.
* Dördüncü; Genişzolaqlı internet sektorunda maraqlı olan tərəflərdən ibarət qrup yaratmaq. Həmin qrupa özəl operatorlar və təchizatçılar, istifadəçilər, elmi-tədqiqat müəssisələri və qeyri-hökumət təşkilatları nümayəndələrini daxil etmək. Genişzolaqlı internetin inkişafı istiqamətlərini müəyyən edən milli strategiya işləyib hazırlamaq.
* Beşinci; Genişzolaqlı internet sahəsində göstəricilər şəffaf, bazar və sosial analiz üçün istifadəsi, xərclərin və gəlirlərin iqtisadi cəhətdən əsaslandırılması siyasi motivlərə bağlı olmamalıdır.
*Altıncı; Hələlik dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda regionlarla paytaxt arasında, şəhərlərlə kəndlər arasında, rayon mərkəzləri ilə kəndlər arasında, müxtəlif əhali qrupları arasında genişzolaqlı internetə çıxışla bağlı ciddi fərqliliklər mövcuddur. Bu uçurumu aradan qaldırmaq üçün dövlətin müəyyən stimullaşdırıcı tədbirlərin görməsi vacibdir.
*Yedinci; Texnoloji proqresdən effektif istifadə. Sabit və mobil şəbəkə sektorlarından evə kimi optika (FTTH-Fiber To The Home, GPON, WI-Max, LTE-Long-Term Evolution- Uzunmüdətli inkişaf mənasını verən və s.) müasir texnologiyaların tətbiq edilməsidir. Evə kimi optika ilə genişzolaqlı xidmətlərin sürətini Gbit/saniyə, LTE texnologiyaları ilə mobil aparatlarda sürəti 300Mbit/saniyə əldə etmək olar. Məsələn 4G LTE texnologiyaları ilə sürətli internetin əhatə dairəsinə (ərazisinin 89%-ini əhatə edir) görə Qazaxstan dünya liderlərindən biridir. Regionlarda, xüsusi ilə kənd yerlərində tezlik resurslarından istifadə qiymətlərini minimum müyyən etmək və digər stimullaşdırıcı tədbirlər həyata keçirməklə kəndlə şəhər arasında uçurumu minimuma endirmək olar.
*Səkizinci; Genişzolaqlı internetin genişlənməsi hesabına iqtisadi artım özünü ÜDM-də makrosəviyyədə inkişafa təsirinin real analizi. Bundan başqa, müsbət effekt müəssisə səviyyəsində məhsuldarlığın, məşğulluğun artmasında əks olunmaqla, mikrosəviyyədə də iqtisadiyyatın inkişaf etməsi ilə özünü göstərir.
*Doquzuncu; Genişzolaqlı internetin inkişafı üçün hüquqi-normativ sənədlərin hazrlanması və qəbul edilməsi.
Ən əsası müasir dünyada inkişafın əsasını müəyyən edən faktor kimi E-təhsil, E-səhiyyə, E-hökümət,E-xidmət, E- ticarət, rəqəmli iqtisadyyat, E-iqtisadiyyat və s genişzolaqlı internet və cəmiyyətin fəaliyyətinin bütün sahələrində elektron vasitələrin maksimum tətbiqi inkişaf etməkdə olan ölkələr üçün vacib olan şəfaflığı təmin edir.
Məlum olduğu kimi dünyanın inkişaf etmiş aparıcı ölkələrində informasiya texnologiyaları artıq iqtisadiyyata əhəmiyyətli dərəcədə nüfuz edib.Azərbaycan iqtisadiyyatında informasiya texnologiyalarının rolu nə dərəcədədir?
Azərbaycanın nəhəng rəqəmsal mərkəzə (Digital Hub) çevirilməsi.
Hörmətli Prezidentimiz İlham Əliyev yanvarın 15-də bu sektorun inkişafı haqqında nazirə tapşırıqlarını verərək, sektorun ayrı -ayrı istiqamətləri haqqında araşdırmalar aparıb, məlumat verməyi tələb etmişdir.
Prezident qeyd edib ki, bir halda ki Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir: “Ona görə ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcək. Bunun uzunluğu 400 kilometrdir. Eyni zamanda, Azərbaycanda internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıb. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır.
Bu nəhəng layihə çərçivəsində 380-400 kilometr uzunluğunda fiberoptik rabitə xəttinin çəkilişini Azərbaycanın rabitə operatoru Bakcell MMC-nin törəmə şirkəti olan “Azərtelecom”, Qazaxıstanın “Transtelekom” və “KazTransCom” şirkətləri həyata keçirəcəklər. Bakcell MMC Azərbaycanın ilk və ən böyük mobil operatorlarından biri kimi güclü maliyyə resursları ilə yanaşı perşəkar mütəxəsisilərdən ibarət güclü kadr resurslarına sahibdir. Rabitə xəttinin inşası 2021-ci ilin sonuna qədər tamamlanacaq. Xəttin məlumat ötürmə qabiliyyəti saniyədə 4-6 terabit təşkil edəcək.
Azərbaycanın nəhəg rəqəmsal mərkəzə çevrilməsi lahiyəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) vacib qlobal lahiyədir. “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurt şəhərindən Honq Konq şəhərinə istiqamətlənən əsas tranzit xəttinin mərkəzi hissəsinin (Xəzəraltı hissəsinin) qurulmasını nəzərdə tutur. Bu xətt Avropa və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çindən başlayaraq Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya çatacaq. Bu variantda Türkmənistan tranzit rolunu oynamır. Türkmənistan bu maqistral xəttin Çindən başlayaraq Qazaxstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, və Türkiyədən keçərək Almaniyaya çatmasında maraqlıdır. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşa ərazisindən keçəcək.
“TASİM” layihəsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, Türk dünyasının bir-birinə inteqrasiyasının sürətləndirilməsinə və internet xidmətlərinin inkişafına kömək edəcək və iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına və rəqabətin artırılmasına xidmət edəcək. Eyni zamanda bu layihə alternativ marşrutlardan biri olacaq. Uzunluğu 27 000 km olan Trans-Avrasiya fiber-optik magistralının Azərbaycan və Qazaxıstan arasındakı dənizaltı seqment bu günə qədər tikilmədiyindən bu marşrutda siqnalın ləngiməsi (RTD) baş verir. Bu tikintisinə başlanacaq dənizaltı xəttin uzunluğu (Siyəzən-Aktau) 380 km-dir. Bu lahiyə çərçivəsində trafik ən qısa marşrutla Asiya və Avropa arasında Azərbaycandan keçməklə son istifadəçilərə, istehlakçılara çatdırılır. Hal hazırda dünyada optik və simsiz mobil internet sürətlə inkişaf edir. Son 40-50 il ərzində dünyada uzunluğu yüz minlərlə kilometr olan okeanaltı, dənizaltı və yerin quru səhti ilə magistral fiber-optik kabel xətləri çəkilmiş və günü- gündən yeniləri çəkilir. Dünya şəbəkələrinin sərhədləri aradan qaldırılır, vahid qlobal infokommunikasiya şəbəkəsi formalaşır. Beləliklə müxtəlif qitələrdə olan ölkələr vahid informasiya məkanında birləşir və informasiya şəbəkələrinin bağlantı imkanları artır. Hər bir ölkə operatoru daha çox gəlir əldə etmək və konkurensiya davamlılığını qorumaq üçün öz infrastrukturunu inkişafı etdirir. Bu ümumi qlobal infrastrukturun inkişafına operatorlar tərəfindən milyardlarla ABŞ dolları vəsait sərf edilir, etibarlığı 99,982% olan – TİER 3 və etibarlığı 99,995 % olan TİER 4 səviyyəli yeni Data Mərkəzlər tikilir. Bu gün ölkəmizdə internetin etibarlığı 75 %-ə belə çatmır. Azərbaycanda etibarlığı 99,983 % olan “Tier 3” səviyyəli iki DATA mərkəzi “PASHA Technologi” tərəfindən inşa olunur. Tikilməkdə olan obyektlərin DATA Məlumat Emalı Mərkəzi Bakıda, Ehtiyat Mərkəzi isə Göyçayda yerləşəcək.Mərkəzlərin tikinti işləri plana uyğun olaraq 2020-ci ilin əvvəli başa çatdırılacaq, mart ayında isə obyektlər sertifikasiyadan keçəcək. Dünyada kontent həcminə görə nəhəg şirkətlərin (GOOGLE, Facebook və s) şirkətlərin azərbaycanda özlərinin nəhəg Data mərkəzi serverlərini yerləşdirmək üçün tələb olunan Tier 3 və Tier4 səviyəli DATA mərkəzləri hazır olacaqdır.
Beynəlxalq ekspertlərin hesablamalarına əsasən, Avropa ilə Asiya arasında tranzit trafiki bazarının həcmi pul vahidi ilə ölçüldükdə 2012-ci ildə 295 milyon dollar, 2016-cı ilədə 358 milyon dollar təşkil edib.2020-ci ildə 500 milyon dollara çataçağı gözlənilir. Qeyd edilən marşruta uyğun trafik həcmi 2012-ci ildə 1139 Gbit/s, 2016-cı ildə isə 4663 Gbit/s təşkil edib. 2020-ci ildə isə 16000Gbit/s kimi yüksələcəyi gözlənilir. Rusiyanın ərazisindən Avropa-Asiya trafikinin cəmi 15%-i keçir. Ekspertlər hesab edirlər ki, Avropa hazırda Asiya ilə etibarlı rabitə kanalı və alternativ marşrutların yaradılmasında maraqlıdır.
TASİM “Trans – Avrasiya Super İnformasiya Maqistralı” tranzit ölkələr o, cümlədən Azərbaycan üçün strateji, iqtisadi və siyasi əhəmiyyət kəsb edir.
TASİM-in strateji əhəmiyyəti;
– TASIM kabel layihəsinin reallaşması Azərbaycanın regional “technology hub”a çevrilməsinə imkan verir.
– Azərbaycan dünyada iki milyardan çox əhalisi olan ölkələrin rəqəmli xidmətlərin regional mərkəzinə çevriləcək.
– Azərbaycan və Gürcüstan qlobal Avrasiya- qərbi Avropadan Çin səddinə kimi tranzit inrastrukturun sahibinə çevriləcək.
– Azərbaycan dünyanın qlobal telekommunikasiya şəbəkəsinin əsas maqistralında strateji həlledici səs sahibinə çevriləcək.
– Azərbaycan dünyanın “Rəqəmsal Mərkəzlərdən” biri kimi dünyanın nəhəg telekommunikasiya şirkətləri (Google, Amozon, Alibaba, Facebook və s.) üçün vacib qovşağa çevriləcəkdir.
– Azərbaycan internet qlobal istehlakçısından regional istehsalçıya çevriləcək
– Rəqəmli texnologiyalar sahəsində orta və kiçik biznes və startapların inkişafı ilə ölkəmiz yüksək texnologiyalar üzrə inkişaf edən ölkəyə çevriləcək.
– TASİM infrastrukturası əsasında Azərbaycan rəqəmli iqtisadiyyatın inkişaf etdiyi ölkəyə çevriləcək.
– TASİM optik kabel maqistralı Orta Asiya, Azərbaycan və Türkiyə olmaqla Türk dünyasını bir-birinə rəqəmli ineqrasiya edəcəkdir. Müasir dünya düzənində Türk dünyasını vahid güc mərkəzinə çevirəcək.
TASİM-in Siyasi əhəmiyyəti;
– Nəhəng Telekommunikasiya və İKT şirkətlərinin Azərbaycana cəlb olunması ölkə üçün əlavə siyasi dividentlər yaradacaq.
– Qlobal Telekommunikasiya və İKT şirkətlərinin şəbəkələrinin Azərbaycanda bir-birinə bağlanması ölkəmiz üçün əlvə siyasi dividentlər yaradacaq.
– Regionda ən böyük DATA mərkəzlərdən birinin Azərbaycanda qurulması və ətraf ölkələrin məlumat bazalarının ölkəmizdə saxlanılması ölkəmizdə əlavə siyası dividentrər yaradacaq.
– Azərbaycanın bu optik kabel maqistralının mərkəzində yerləşməsi ona digər reqion ölkərə nəzərən prioritet mövqe yaradacaq.
– Ermənistanın telekommunikasiya sahəsində tranzit biznesi bloklanacaq və Azərbaycanın Erməmistana nəzərən rəqəmsal üstünlüyü təmin olunacaq.
– Azərbaycanın telekommunikasiya və İKT şəbəkə sisteminin dünya üçün vacib əhəmiyyəti nəticəsində ölkəmizin kiber təhlükəsizliyi təmin olunacaq.
TASİM-in iqtisadi əhəmiyyəti;
– Azərbaycan Avropa ilə Asiya məkanında tranzit ölkə kimi iki milyardan çox əhalinin tranzit informasiya trafikini ötürməklə ildə yüz milyon dollarla gəlir əldə edəcək.
– Yeni iş yerləri və yeni biznes sahələri yaranacaq.
– Rəqəmli iqtisadiyatın və istehsalın inkişafına mühüm təkan verəcək.
– Telekommunikasiya və İKT sahəsində reqional loqistika mərkəzi yaranacaq.
– Ölkəyə əlavə valyuta daxil olmaqla ölkənin iqtisadi dayanaqlığı artacaq.
– Rəqəmli infrastukturun yaranması sosial aktivlik yüksləcək, nəticədə ümumi daxili məhsulun artımına səbəb olacaq.
– Azərbaycanda telekommunikasiya, İKT və internet xidmətlərinin keyfiyyəti və həcmi dəfələrlə atraraq, xidmətlərin səmərəliyi yüksələcək.
– Azərbaycana nəql olunan beynəlxalq internet resurslarının qiyməti dəfələrlə ucuzlaşmaqla, uyğun olaraq internetin daxili bazarda qimətləri dəfələrlə ucuzlaşacaq və internetdən əhalinin yüz faiz istifadəsi təmin olunacaq.
Nəticədə azərbaycan internet istifadəçiləri də bir sıra üstünlüklər əldə edəcəklər. Amma bu lahiyə çərçivəsində ölkəmizdə internet istifadəçilərinin problemləri tam həll olunmur. On min kilometrlərlə Bakı şəhər mərkəzi stansiyalara daxil olunan və ya Bakı DATA mərkəzlərindən hər bir istifadəçinin evinə kimi optika ilə internetin təmin edilməsi üçün lahiyələr vaxtında həyata keçirilməlidir. Bu sahədə dünyada müasir texnologiyaların tətbiqi ilə FTTO – Fiber To The Office, FTTH Fiber To The Home və s. standartları Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il dekabrın 6-da imzaladığı fərmanla təsdiq edilmiş “Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”nə uyğun olaraq ölkəmizdə mənzilə kimi optika standartı ilə optik internet lahiələri özəl sektoru cəlb etməklə qısa müddətdə həlli vacib məsələdir. Hal hazırda Bakıtelecom MMC-nin Bakı şəhərində mənzilə kimi optika ilə GPON lahiyələrin həyata keçirilməsi üçün minimum beş il vaxt lazımdır. Belə olan halda özəl sektorun Azərtelekom MMC-nin Bakıda yartdığı nəhəng rəqəmsal mərkəzinin (Digital Hub) və “Trans – Avrasiya Super İnformasiya Maqistralı”nın resurslarından bu maqistral boyu ölkələr istifadə etdiyi halda Bakı şəhərinin internet istifadəçilərinin çox hissəsi bu resurslardan uzun müddət istifadə edə bilməyəcəkdir. Ona görə problemi vaxtında həlli üçün həm özəl, həm də dövlət qurumları güclərini konsentrasiya etmələri vacibdir.
Ardı var