Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter”dəki səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir: “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü münasibətilə təbrik edirik. “Bir millət – iki dövlət” prinsipi əsasında qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password