Paşinyanın prezident institutunu məhv etməsi Armen Sarkisyanın vecinə deyil – ERMƏNİ MEDİASI
Çoxları bilir ki, Ermənistanın Böyük Britaniyadakı səfiri, fizika və riyaziyyat elmləri namizədi Armen Sarkisyan şahzadə ilə dostluq edib və Ermənistana gələrək “simvolik” bir prezident olub.
Bu fikirlər Ermənistanın “İrates” qəzetində yer alıb.
“Armen Sarkisyan heç bir şey etmədən bu iki il ərzində nazirlərdən daha çox tənqid qazandı.
Prezidentin heç bir səlahiyyətinin olmaması, qərarlara təsir göstərə bilməməsi üçün artıq bir bəhanəsi yoxdur, özü də səlahiyyətlərinin azaldılması üçün qanunu imzaladı. Bu mənada onun danışacaq bir şeyi də yoxdur.
Ən böyük sual, prezidentin niyə öz mövqeyinin olmamasıdır.
Ancaq heç bir şey imzalamasa da prezidentin sözünün qiyməti olmalıdır. Heç kim ondan hazırkı Paşinyan hakimiyyətini qatı bir müxalifətçi kimi tənqid etməsini tələb etmir, amma daxili siyasi məsələlərdən daima çəkinən Sarkisyan heç olmasa bəzən mübahisəli bir məsələ ilə bağlı fikir söyləməyi bacarmalıdır.
Armen Sarkisyanın susması suallar doğurur və şübhəli hala gəlir.
Belə çıxır ki, o, xüsusi bir “missiya” ilə gəlib, Paşinyanda onun vətəndaşlığı ilə bağlı bir sənəd var. Və Sarkisyanın sadəcə məqsədi mövcud olmaq üçün hüquq əldə etməkdir. Elə buna görə də ölkə xaos vəziyyətindədir. Hamı bu vəziyyətdən narahatdır, Armen Sarkisyan isə bir söz demədən sakitcə bu prosesləri izləyir.
Bu illər ərzində prezidentin hər iki tərəfə ünvanlanan bir reaksiyası görünmədi”. Qəzet belə yazır.(konkret.az)