Həkim Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı danışdı
Bəhram Bağırzadənin vəziyyətində dünəndən bu günə ciddi dəyişiklik baş verməyib.
Bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Onun sözlərinə görə, əməkdar artıstin səhhətində ciddi irəliləyiş qeydə alınmayıb: “Bəhram Bağırzadənin vəziyyəti stabil, kritik ağır olaraq qalır və təyinat üzrə müalicələr davam etdirilir. Onun vəziyyətində cüzi yaxşılaşma müşahidə edilir”.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.