Azərbaycan ordusu Ermənistan hərbi birləşmələrindən qat-qat üstündür – Rusiyalı ekspert

Azərbaycan ordusunun döyüş qabiliyyətinə görə Ermənistan hərbi birləşmələrindən qat-qat üstün olduğu göz qabağındadır.

Bunu  milli münaqişələr üzrə rusiyalı ekspert Yevgeniy Mixaylov bildirib.

Onun sözlərinə görə, yalnız humanitar yardımlara bel bağlayan Ermənistandan fərqli olaraq Azərbaycan hər cür silahlar almaq iqtidarındadır:

“İstər təlim-tədris, istərsə də müasir silahlar idxalı sahəsində Azərbaycan Rusiya ilə səmərəli əməkdaşlıq edir. Bununla bağlı rəsmi Yerevanın bütün iradları və qorxuları əsassızdır. Rusiya olmasa belə, başqa ölkələr də Azərbaycana silah satarlar, çünki ödəniş yerindəcə həll olunur. Ermənistan tərəfi isə yalnız humanitar yardımlara bel bağlaya bilər, yeganə səmərəli müdafiə amili isə Gümrüdəki Rusiyanın hərbi bazasıdır. Özü də Rusiya ordusu separatçı regionu yox, məhz Ermənistanın özünü qoruyacaq ki, bu da Paşinyan rejimini bərk narahat edir”.

Azərbaycan hərbi nümayəndələrinin Moskvadakı Qələbə paradında iştirak edəcəklərini xatırladan ekspert deyib:

“Rəsmi Yerevan üçün bu da yaxşı xəbər deyil. Rusiya ilə Azərbaycan müttəfiq və tərəfdaş ölkələrdir, bunu rəsmi kürsülərdən mütəmadi olaraq səsləndirirlər. Ermənistan da müttəfiqimizdir, KTMT-nin üzvüdür, lakin bu ölkənin hökuməti hazırkı rusofob siyasətini davam etdirsə, Rusiya ilə müttəfiq münasibətləri pozula bilər”.

O, həmçinin Ermənistanın təxribatçı addımları ilə Azərbaycanı cavab tədbirlərə təhrik edə biləcəyini istisna etməyib:

“Paşinyan rejiminin danışıqlar aparmaq iqtidarında olmaması göz qabağındadır. İşğal olunmuş ərazilərin qaytarılmasına dair daha əvvəl əldə olunmuş razılaşmalar qəsdən pozulur. Hətta Ermənistanın təhlükəsizliyinə zamin olan Rusiya belə artıq Yerevanın atdığı addımlardan əsəbiləşdiyini gizlətməyə lüzum görmür”(trend.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password