“Demokratik davransam, Belarusu itirərəm” – Lukaşenko

Belarusda prezidentliyə müxalif namizədlərə dəstək olan mitinqlər fonunda Prezident Aleksandr Lukaşenko “demokratik davransa” ölkəni itirəcəyini və “lənətlənəcəyini” söyləyib.

Bu barədə məlumatı DW nəşrinin Rus xidməti yayıb.

“Mənə seçim etməyiniz lazım deyil. Demokratik davransam, özümün “ağ və tüklü” olduğumu göstərəcəyəm və ölkəni tamamilə itirmək şansım yaranacaq. O zaman uzun illər məni lənətləyəcəklər. Heç kim məni və hamımızı Belarusun məhv edilməsi üçün bağışlamaz” – deyə o, iyunun 19-da Minskdə keçirilən iclasda deyib.

“Başqa bir seçim var. Lukaşenkonu bu vəziyyəti zorla həll etməyə sürükləyirlər” deyib.

Eyni zamanda, Lukaşenko “bütün həyatını bu müstəqil, suveren dövlətin qurulmasına həsr etdiyini” və heç kimə “bu ölkəni parçalamağa” imkan verməyəcəyini vurğulayıb.

Belarus Prezidentinin sözlərinə görə, ölkədəki vəziyyəti dəyişdirmək istəyən insanlar “yollarını azanlardır” və istifadə edildiklərini başa düşmürlər.

Dövlət başçısı bu insanlara mövqeyini başa düşməyə çağırıb: “Bu günə qədər xahiş və xəbərdarlıq edirəm: hakimiyyəti hər cür cavab tədbirləri görməyə məcbur etməyin, yumşaq desək, bizi buna məcbur etməyin”.

Belarusda prezident seçkiləri avqustun 9-na təyin edilib. Bu anda, tələb olunan sayda imzanın toplanması prosesi gedir.

Aleksandr Lukaşenkodan başqa, “Belgazprombank”ın keçmiş rəhbəri Viktor Babariko, Yüksək Texnologiyalar Parkının keçmiş rəhbəri Valeri Çepkalo, sabiq deputat Anna Kanopatskaya, İctimai Birliyin həmsədri Andrey Dmitriyev və blogger Sergey Tixanovun həyat yoldaşı Svetlana Tixanova namizədlər sırasındadır.

Sergeyin özü həbs olunduğu üçün namizədliyi qeydiyyata alınmayıb.

Bankir Viktor Babariko anketlərə görə, Belarus prezidentliyinə ən populyar namizədlərdən biridir.

İyunun 18-də Viktor Babariko və onun seçki qərargahını idarə edən oğlu Eduard tutularaq vergidən yayınma ittihamı ilə Dövlət Nəzarət Komitəsinin Maliyyə Təhqiqatları İdarəsinə aparılıb.

İyunun 19-da Minskdə və ölkənin digər şəhərlərində Lukaşenkoya alternativ namizədləri dəstəkləmək üçün aksiyalar keçirilib.

Həmin gün Avropa Komissiyasının sədri Ursula von der Lyayen hakimiyyəti Minskdə tutulan bütün fəalları dərhal buraxmağa, habelə qanunun aliliyinə hörmət etməyə və seçkilərdə siyasi rəqabəti təmin etməyə çağırıb.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password