Paşinyan hər kəsə hörmətsizlik etdi – Arkov
Ermənistanın Baş naziri Nikol Paşinyan Şərq Tərəfdaşlığı Sammitində hər kəsə hörmətsizlik etdi və rüsvay oldu.
Bu barədə rusiyalı politoloq, PolitRUS ekspert və analitik şəbəkəsinin rəhbəri Vitali Arkov məlumat verib.
“Cənab Əliyevin Şərq Tərəfdaşlığı ölkələrinin onlayn sammitindəki nitqində özüm üçün bir neçə vacib məqamı qeyd etdim. Əlbəttə, bu danılmaz və unikal bir həqiqətdir ki, işğal və humanitar fəlakətə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda böyük nəticələr əldə etmişdir. Son 16 ildə ÜDM üç dəfə artmışdır. Bu gün Azərbaycan Şərq Tərəfdaşlığı proqramında iştirak edən bütün ölkələr arasında regionun lider dövlətidir və ən dinamik inkişaf edən iqtisadiyyatı var.
Onun fikrincə, Azərbaycan Avropa Birliyi üçün maraqlıdır və bir iş ortağı kimi əhəmiyyətlidir.
“Azərbaycan lideri buna diqqət çəkdi, hazırda həyata keçirilən bir çox layihələr və hazırda fəal şəkildə inkişaf etdirilən yeniləri haqqında danışdı. Yeri gəlmişkən, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq uzun müddətdir genişlənmişdir və Xəzər hövzəsindən Avropa istehlakçılarına karbohidrogenlərin çoxşaxəli tədarükü təmin edilmişdir” deyə ekspert vurğulayıb.
Arkovun fikrincə, cənab Əliyev Şərq Tərəfdaşlığı proqramının bütün iştirakçılarının BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini və Qarabağ münaqişəsinin həllinə yönəlmiş bir sıra digər beynəlxalq qurumların qərarlarını qeyd-şərtsiz yerinə yetirməsinin zəruriliyi mövzusunu qulaqardına vura bilməz.
“Bu, əlbəttə, Ermənistanla bağlı idi və İlham Heydəroviç birbaşa İrəvanın çoxsaylı qanun pozuntularına işarə etdi. O cümlədən Ermənistan rəhbərliyinin beynəlxalq prinsipləri pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasətini həyata keçirməsini qeyd etdi. “Ermənistanın Baş nazirinin danışıqların mahiyyətini və formatını ləğv etməyə çalışdıqlarının əksinə olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır ”, – deyə İlham Əliyev inamlı bildirib.
“Spikerə və sammitin bütün iştirakçılarına hörmətsizlik göstərərək, Ermənistanın Baş naziri Nikol Paşinyan İlham Əliyevə müdaxilə etməyə çalışdı, lakin onun bu fikri Azərbaycan liderinin inandırıcı arqumentləri ilə dərhal parçalandı və davam etdirilən erməni təbliğatının daha bir saxtalığı ortaya çıxdı. Çaşqınlıq içində olan Paşinyan artıq heç nə deyə bilmədi və kamera qarşısında yazıqlaşdı” deyib.(konkret.az)