“SOBSAN”da Prezidentin tapşırığına qarşı çıxırlar – MÜRACİƏT

Abşeron rayonun Aşağı Güzdək qəsəbəsi, ev 3, mən 6, ünvanda qeydiyyatda olan sürücü, iki azyaşlı övlad atası Məmmədov Baxşəli Yədulla oğlu tərəfindən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, 1-ci Vitse-prezident Mehriban Əliyevaya, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri S.Nuriyevə,Prezidentinin köməkçisi cənab F.Ələsgərova, Ombudsman Aparatını sədrinə,AR Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinə, və KİV nümayəndələrinə müraciət ünvanlayıb.

     

Vətəndaş Baxşəli Məmmədov  müraciətində SOBSAN  şirkətinin nümayəndələrinin  qanunazidd əməllərin qarşısının  alınması üçün aidiyyatı orqanların rəhbərlərindən kömək istəyir.Aktualinfo.org vətəndaş Baxşəli Məmmədovun müraciətini olduğu kimi oxuculara təqdim edirik.

  Cənab Prezident mən 2019-cu ilin iyulun 2-dən SOBSAN şirkətinə tabeli “Rəmzi” MMC-də sürücü kimi işləmişəm. bu 1 il ərzində heç vaxt problem olmayıb, xəbərdrlıq belə almamışam.İndi isə zavod müdiri olan Zöhrab müəllimin göstərişi əsasında məni əsassız olaraq işdən çıxarıblar. Bəhanə də edirlər ki, guya mən Bakının mərkəzində idarə etdiyim maşını yüksək sürətlə sürmüşəmmiş. Qeyd edim ki. bu ağ yalandır. Onlar bu barədə mənə hər hansı bir sübut radar və ya kamera görüntüsü təqdim etmirlər.Onlar məni Prezidentin tapşırığına qarşı çıxaraq bu pandemiya dövründə səbəbsiz yerə işdən azad edirlər.Və indi də məcbur edirlər ki, gəlib öz xahişimlə ərizəmi yazım. Onlar mənə kompensasiya və ya son hesablaşma da vermirlər. Əksinə hər gün zəng edib hədə-qorxu gəlirlər ki, əgər gəlib ərizə yazmasan hüquqşunas səni statyayla işdən qovacaq və əmək kitabçana qeyd edəcək ki, səni heç yerdə işə götürməsinlər. “Rəmzi” MMC işdən çıxarmaqlarıilə bağlı heç bir ödəniş və ya kompensasiya vermir. Və iyunun 3-dən məni qanunsuz işdən çıxarıblar. Hazırda öhdəmdə məktəbəgetməyən iki azyaşlı körpə var, Banka da kreditim var. Xahiş edirəm mənə düşən kompensasiyanı ödəsinlər ki, iş tapana kimi evdə kiçik uşaqlar ac qalmasınlar. Sağ olun.

Aktualinfo.org vətəndaşın müraciətdə göstərdiklərinə əks tərəfin də münasibətini öyrənməyə çalışacaq.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password