“Karantin rejimi sərtləşdirilirsə, zəhmət çəkin, 190 manatı verin” – TƏLƏB
“Dəfələrlə xəbərdarlıq etdim ki, belə idarəçilik olmaz, əvvala, biznes üçün yalnız açılış deyil, həm də bağlanış da əlavə xərclər yaradır. Nədən biznesi məhv edirsiniz? İndi biznes 2 dəfə bağlanış və 2 dəfə də açılışa məsrəf etməlidir”.
Bunu iqtisadçı Qubad İbadoğlu deyib.
Əgər sərt karantin rejimi uzadılırsa, əhali evdə qalmalıdırsa, onda zəhmət çəkin, iyun və iyul ayları üçün:
– Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsini;
-Haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunu;
-Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini;
-Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsini;
-Əhaliyə güzəştli işıq limitinin 100 kvts. həcmində artırılması təmin edin.
Əgər bunları etməsəniz, gerçəkdən də üsyan olacaq, bəri başdan xəbərdarlıq edirəm.(pravda.az)