Karantin qaydalarını pozan 148 obyekt müəyyən edilib

Ticarət və xidmət obyektlərində monitorinqlər davam edir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirliyin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 13-də keçirdiyi növbəti monitorinqlərdə Binəqədi rayonunda “Mila vitsa mağazası”nda, “Fərid market”də, “Miri Məzi market”də, Yasamal rayonunda “Ama market”də, “Xəzər market”də, “Sizin market”də, “Hicab mağazası”nda, Rəna Əliyeva məxsus “Xırdavat” mağazasında, Xətai rayonunda “Gül dünyası” pərakəndə ticarət obyektində, “Meyvə yarmarkası”nda, Fərəc Süleymanova məxsus “Ət mağazası”nda, Səid Manaflıya məxsus “Şərab evi”ndə, Səbail rayonunda “Ləzzət” və Tural Bağırova məxsus “Toyuq məhsulları” mağazalarında, Füzuli Abbasova məxsus “Kafe”də, Sabunçu rayonunda Məmməd Xudaverdiyeva məxsus “Quru meyvələr” dükanında, Nizami rayonunda “İsgəndər dönər”, “Lyuks dönər” ictimai iaşə obyektlərində, “Sürətli karqo” xidmət obyektində, Gəncədə Elnur Məmmədova məxsus “Fuji Film” xidmət obyektində, “Ay Çiçəyim” gül satışı və xidmət obyektində, “Zoo Gəncə” ticarət obyektində, Şəkidə “Saloon qadın geyimləri mağazası”nda, “Ay işığı kafesi”ndə, Abşeron rayonunda “Cehiz aləmi”, “Fərid inşaat” ticarət və xidmət obyektlərində, Füzuli rayonunda “Əli Market”də, Çərkəz Tağıyevə məxsus tikinti materiallarının satışı mağazasında, Lənkəran rayonunda “Monica ayaqqabı və çanta dükanı”nda, “Oliqarx Denim” mağazasında, “Qala Dönər”də, Ucar rayonunda “Oba market”də, Xaçmaz rayonunda “Seyid market”də, “Tural mağazası”nda, “Bosfor kafesi”ndə, ümumilikdə monitorinq keçirilmiş 327 obyektdən 148-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, mayın 22-dən iyunun 16-dək 6086 sahibkarlıq subyektində monitorinq keçirilib və 2676 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Obyektlər karantin qaydalarını pozmağa davam edir - Fotolar
Obyektlər karantin qaydalarını pozmağa davam edir - Fotolar
Obyektlər karantin qaydalarını pozmağa davam edir - Fotolar
Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password