Ermənistanda canavar sürüsü qanunu fəaliyyət göstərir – Kuznetsov
Ermənistan postsovet məkanında elitaların, hətta elit nəsillərin dəyişdiyi yeganə ölkə deyil. Bəzi ölkələrdə bu təkamül yolu ilə baş verir, digərlərində isə inqilablar, üsyanlar və sosial fəlakətlər müşayiət olunur.
Bunu müsahibəsində Rusiyanın tanınmış Qafqaz tarixçisi, politoloq Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, bu, hər ölkədə vaxtaşırı baş verən təbii-tarixi bir prosesdir və yalnız atəşfəşanlıq və ya qumbara partlayışları altında baş verməyinin siyasi mədəniyyətindən asılıdır.
“Nikol Paşinyan artıq etirazçıları, onlara tərəfdar olanları, Ermənistanda “Qarabağ klanı”na simpatiya göstərənləri, eyni zamanda iri biznesi olan ən nüfuzlu müxalifətçiləri və özünün loyal tərəfdaşlarını kənarlaşdırır. Anlamaq lazımdır ki, Ermənistan öz milli təfəkkürünə və açıq şəkildə nasist rəsmi ideologiyasına baxmyaraq avtoritar bir ölkə ola bilməz. Canavar sürüsünün qanunu onun daxili həyatında işləyir: “Yanımızda olmayan bizə qarşıdır”. Vaxt keçdikcə bu vəziyyət getdikcə daha da gərginləşəcək” deyə poltoloq qeyd edib.
O vurğulayıb ki, artıq Ermənistanda iqtisadiyyat çöküb, pryanniklər qalmayıb, qalan şey təkcə qamçıdır: “Buna görə təəccüblənəcək başqa bir şey yoxdur”.
“Bu gün Ermənistan mənə Sovet İttifaqının 1930-cu illərin ikinci yarısını xatırladır. Üst-üstə Böyük Təmizlənmənin üç dalğası bir-birinin ardınca aqrar ölkəni tələsik sənayeləşməyə səfərbər etmək üçün hazırlanmışdı. İndi isə Ermənistanda orta və kiçik biznesin hesabına dövlət büdcəsini doldurmaq istəyirlər. Beləliklə, hekayə təkrarlanır. Bu vəziyyətdə hakimiyyətin yalanı hökumətin siyasətinin tərkib hissəsidir. Paşinyana “Qarabağ klanı”ndan tamamilə korrupsiyalaşmış bir iqtisadiyyat miras qaldı, iki illik hakimiyyəti dövründə onu Avropa modelinə görə yenidən qura bilmədi” deyib O. Kuznetsov.
Ekspertin fikrincə, “Böyük Ermənistan”, “Armenoidlər – Qədim Dünyanın aristokratiyası”, “Məsihin erməni kökləri” və digər cəfəngiyyatlara söykənən erməni cəmiyyətinin modelinə söykənən Paşinyanın yalanı təbiidir. Bütövlükdə cəmiyyət sayıqlayırsa, onda niyə lideri danışa bilmir? – rus tarixçisi bir sual verir.(konkret.az)