Ölkənin taxıl sahələrinin 22%-dən çoxunda biçin başa çatıb

Azərbaycanda taxıl biçini davam edir. Bugünədək ölkə üzrə zəmilərin 21,9 %-ində biçin başa çatıb, 221 394,4 hektar sahədən 683 225 ton məhsul yığılıb. 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Biçilmiş sahələrin 196 432 hektarı arpa, 24 962,4 hektarı buğda sahələridir. İyunun 15-nə olan operativ məlumata görə, respublika üzrə orta məhsuldarlıq 30,9 sent/ha, arpa üzrə 30,6 sent/ha, buğda üzrə 32,9 sent/ha təşkil edir.

Biçin prosesinə 1 477 kombayn cəlb olunub. Bunlardan 535-i “Aqrolizinq” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. “Aqrolizinq” tərəfindən məhsulun tez və itkisiz yığılması üçün biçinə başlanılmayan dağlıq və dağətəyi rayonlardakı bölmələrdən hazırda aktiv biçin prosesinin getdiyi Aran rayonlarına əlavə olaraq 141 kombayn dislokasiya olunub. Biçin prosesində hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 801 kombayn da iştirak edir. “Aqrolizinq”in kombaynları tərəfindən 90 167 ha, hüquqi və fiziki şəxslərin kombaynları tərəfindən 131 227,4 ha sahə biçilib. Arpa üzrə ən yüksək məhsuldarlıq Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Hacıqabul, İmişli, Saatlı, Salyan, Sabirabad, Samux və Tərtər rayonları ərazisində qeydə alınıb. Bu rayonlarda məhsuldarlıq 33 sentnerdən çoxdur.

Qeyd edək ki, bu il Azərbaycanda 1 010 218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640 977,6 hektarı buğda, 369 240,4 hektarı arpa sahələridir. Biçin prosesi davam edir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password