İrəvan Putini şantaj edir, Bakı isə müharibəyə hazırlaşır…

İrəvan Rusiya üçün şərtlər qoyur: “Qərar verin, ya bizim düdük altında rəqs edəcəksiniz, ya da Amerikaya yollanacağıq”.

Bu fikirlər Ermənistanin “Birinci” informasiya nəşrində “İrəvan seçim təqdim edir: inhisarın və ya strateji tərəfdaşlığın faydaları” adlı məqaləsində yer alıb.

Müəllifə görə, iyunun 24-də Moskvaya yola düşəcək Paşinyanın Putinlə görüşü baş tutarsa, o zaman mövzu enerji sahəsində əməkdaşlıq olacaq. Üstəlik, Paşinyan Metsamor AES-in modernləşdirilməsi məsələsində amerikalılarla keçmiş danışıqlar və əldə olunmuş razılaşmalarla Rusiya prezidentini şantaj etməyə cəhd edə bilər.

“2019-cu ilin oktyabr ayında ABŞ-a səfəri zamanı Ermənistan Respublikası Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Akop Vardanyan Dövlət Katibliyinin və ABŞ Energetika Nazirliyinin nümayəndələri ilə görüşüb. O bildirib ki, erməni tərəfi Amerika istehsalı olan kiçik modullu reaktorun qurulmasında maraqlıdır. Bir qədər sonra ABŞ-ın Ermənistandakı səfiri Lin Tresi Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan ilə virtual müzakirə edib.

Beləliklə, sitat gətirilən mənbəyə görə, Ermənistan Rusiyaya ABŞ ilə enerji əməkdaşlığına başlayacağını və bunun AİB-də olma şərtlərinə uyğun olmadığını elan edir.

Rəsmi İrəvan “Ya geostrateji tərəfdaşlığı, ya da “Qazprom”un faydalarını təyin edin” deyib.

Bunun Ermənistana nə verəcəyi və Paşinyan komandasını şantaj etmək üçün Putinin cavabı yaxın zamanlarda bəlli olacaq. Ancaq Mariya Zaxarova və Sergey Lavrovun Qarabağla bağlı açıqlamaları artıq səslənib.

Xatırladaq ki, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan mart ayında Qarabağ məsələsinin Azərbaycan tərəfindən iyunun əvvəlinə qədər həll olunacağını proqnozlaşdırmışdı. Lakin, koronavirus pandemiyası bu nöqtəni gələcəyə itələyərək düzəlişlər etdi. Ancaq eyni zamanda, Azərbaycanın bütün hərbi qoşunlarının iştirakı ilə keçirdiyi son genişmiqyaslı hərbi təlimlər Bakının yalnız hərbi əməliyyata başlaması üçün doğru anı gözlədiyini göstərir. Sonuncu tapmacanın Azərbaycanın hərbi-siyasi rəhbərliyi üçün zəruri olan geosiyasi panelə salınacağı qarşıdakı iki-üç ayın hadisələrindən asılı olacaq.(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password