Deputatın oğlunun Londondakı biznesi

Deputat Azər Kərimlinin böyük oğlu, 1988-ci il təvəllüdlü İlkin Kərimli bu ilin martından İngiltərədəki LIJARO ASSET MANAGEMENT (UK) LLP-nin şəhmdarları sırasına qatılıb.

Aktualinfo.org xəbər verir ki,bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Ötən il dekabrın 13-də qeydiyyatdan keçmiş şirkət 31 Maddox Street, London, England, W1S 2PB hüquqi ünvanında yerləşir.

Şirkətin aktivləri siyahısında Waverley Drive, Virginia Water, GU25 4PZ ünvanındakı 4 milyon funt sterlinqlik KINGS COPSE residensiyası da var.

Xatırladım ki, Azər Kərimlinin digər oğlu Fəxri Kərimli də 2018-ci ilin sentyabrın 13-də Londonda KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) şirkətini təsis edib.

Reyestr məlumatlarına görə bu şirkət də daşınmaz əmlak satışı ilə məşğuldur.

Qardaşlar 2007-ci ildən  Britaniyada yaşayırlar, İlkin İngiltərədəki Vestminster, Fəxri isə Oksford Universitetinin məzunudur. Hər ikisi son illərdə Londonda neft treyderi kimi fəaliyyət göstəriblər.

Azər Kərimli 2000-ci ildən Milli Məclisin deputatıdır, Qax rayonunu təmsil edir, camaat arasında “Parket Azər” kimi tanınıb. Onun adı Qaxda meşə zolaqlarının məhv edilməsində hallanır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password