Azərbaycanda kompüter satışı tədricən azalır – RƏQƏMLƏR

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkələrində əhali kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına 100,5 milyon manat pul xərcləyib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumatlara görə, bu əvvəlki ilin yanvar-may ayı i lə müqayisə də 1,6% azdır.

Ma ayında ölkədə 16,3 milyon manat həcmində kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları satılıb. Bu, ilin əvvəlindən indiyədək ən aşağı göstəricidir.

Ümumiyyətdə araşdırmalarımız göstərib ki, sözügedən məhsulların satışı artıq 3 aydır ki, ardıcıl olaraq azalmaqdadır.

Belə ki, yanvarda ölkədə 21,2 milyon manatlıq, fevralda 21 milyon manatlıq, martda 21,4 milyon manatlıq, apreldə 20,6 milyon manatlıq, mayda isə 16,3 milyon manatlıq belə məhsullar satılıb.

Ötən illə müqayisədə ən pis dövr yanvar-aprel ayları olub. Belə ki, yanvarın sonunda bu məhsulların satışı ötən ilin eyni dövrünə nisbətən 3,5% artıb, fevralın sonunda 3,1% artıb, martın sonunda 1,7% azalıb, aprelin sonunda isə 1,9% azalıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password