Azərbaycanda daha 387 nəfərdə COVID-19 aşkarlanıb, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 387 yeni yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6087 , ötən müddət ərzində isə ümumilikdə 381846 test aparılıb.

Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxdu, 274 nəfər sağaldı, 4 nəfər öldü

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password