İTV: “Səs Uşaqlar” müsabiqəsinin final mərhələsinin vaxtı ilin sonuna qədər uzadılıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti koronavirus pandemiyası səbəbi ilə bir sıra layihələrinin formatına dəyişiklik edib.

İTV-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızının verdiyi məlumata görə, bunlardan da biri yüzlərlə tamaşaçı auditoriyası olan məşhur “Səs Uşaqlar” müsabiqəsidir. Böyük izləyici kütləsi ilə reallaşan müsabiqənin final mərhələsinin vaxtı Operativ Qərargahın verdiyi qərara əsasən, karantin qaydalarına uyğun olaraq dəyişdirilib. Layihənin Azərbaycan üzrə yayım hüququnun müəllifi İTV və layihənin müəllifi olan “Talpa Global B.V” şirkətləri arasında aparılan danışıqlara əsasən “Səs Uşaqlar”ın final mərhələsinin vaxtı ilin sonuna qədər uzadılıb. Hazırda müsabiqənin beynəlxalq finalçıları – Yalkı Saka (Türkiyə) və Adelina Bayseupovanın (Rusiya) ölkəmizə gəliş imkanları barədə danışıqlar aparılır. Pandemiya səbəbilə karantin qaydaları yumuşaldılacağı təqdirdə beynəlxalq finalçılar Azərbaycana gəliş imkanı əldə edəcək və müsabiqənin finalı reallaşdırılacaq.

Bundan əlavə İTV həm də paralel olaraq böyüklər üçün “Səs Azərbaycan” layihəsinin qeydiyyatına start verib ki, böyüklərin qatılacağı seçim turunun da “Səs Uşaqlar”a maneəsi yoxdur. Belə ki, hazırda böyüklər üçün ilkin mərhələ olan seçim turudur ki, bu da video formatında həyata keçirilir. Növbəti mərhələlərdə isə müsabiqənin yaradıcı qrupu tərəfindən həm ustadlar, həm də layihənin aparıcısı müəyyən ediləcək və bu barədə “Səs” sevərlərə ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, səsinə və özünə güvənən, yaşı 16-65 aralığında olan hər kəs öz ifasını video formatında çəkib (051) 255 44 44 nömrəsinə “whatsapp” vasitəsilə göndərə və ya www.itv.az saytında müvafiq bölməyə yükləyərək qatıla bilərlər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password