Xəlifə Haftar məğlub elan edildi

Liviyada feldmarşal Xəlifə Haftarın məğlub olduğu elan edilib.

Türkiyə mətbuatı xəbər verir ki, bunu Liviyanın BMT-dəki daimi nümayəndəsi Tahir əs-Sunni açıqlayıb.

O, Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətinin ordusunun ölkə paytaxtı Tripoli və Tarhunedəki uğurlarından sonra “Twitter” hesabında yazıb:

“Bu gün biz qələbəmizi qeyd edirik. Tarhune azadlığına qovuşdu. İqtidar oğrusu Haftarın macərası sona çatdı.

Yaxın günlərdə şərq, qərb, şimal, cənub (Liviyanın bütövlüyünü nəzərdə tutur – red.) hamımız birlikdə olacağıq. Hər kəsi, özəlliklə gəncləri keçmişdən dərs almağa, siyasi iradələri üzərində hakimiyyət qurmaq istəyənlərə, yaxud siyasət tacirlərinə izn verməməyə çağırıram.

Məğlub olmuş, zamanı bitmiş bir qatillə deyil, sağlam qüvvələrlə barış və dialoq qurmaq vaxtıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password