Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq

“Həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün alqoritm hazırlanırdı. Müraciətimiz dəyərləndirilib”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, narıncı zonada (Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda) şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib:

“Cümə günündən başlayacaq qadağa birinci günə kimi olacaq. İrəlidəki bir-iki ay müddətində 2-3 günlük qadağa ola bilər. Qərarın detalları müzakirə olunur”.

Qeyd edək ki, artıq“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) başda olmaqla ekspertlər, infeksionistlər mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ediblər”.

Bunu isə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Ola bilsin ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam qapadılma, məhdudlaşdırma, hərəkətin məhdudlaşdırılması, fərdi avtomobillərin küçəyə çıxması qadağan olunsun, mağazalar bağlansın və hərəkətin tam məhdudlaşdırıldığı bir rejim yaradılsın. Bunun detalları ilə bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun sabah müraciəti olacaq. Baş Nazirin çıxışında bu məsələlər detallı şəkildə elan ediləcək”, – o bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password