Ermənistan və Qarabağda böhran artır – Rusiyalı politoloqla müsahibə

Q. V. Plexanov adına Rusiya İqtisadi Univesitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Azərbaycan mediasına müsahibə verib.

Sözügedən müsahibəni sizə təqdim edirik:

– Paşinyan və ailə üzvləri işğal etdikləri Şuşada “inauqurasiya” ilə avantürası zamanı koronavirusa yoluxdular. Daha sonra erməni KİV yazır ki, Paşinyan Qarabağda hərbi xidmətdə olan oğlunu təcili surətdə tərxis edir. Rəsmi demobilizasiyaya iki aydan artıq vaxt qalıb. Qarabağda nə baş verir? Ermənistan hökuməti başa düşür ki, onlar artıq Ermənistanın özündə çox böyük problemlər yaşadaraq Qarabağda virusun öhdəsindən gələ bilməyiblər və doğmalarını gizlədirlər?

– Əvvəlcə müasir bir banal cümləni səsləndirəcəyəm: çox çətin bir vaxt gəldi. Ali dövlət rəhbərləri koronavirusa yoluxduqlarını bəyan etdikdə, şəxsən məndə şübhə yaranır ki, məsələ burada virus xəstəliyində deyil. Onun pərdəsi altında xoşagəlməz söhbətin aparılacağı hansısa başqa siyasətçilərlə görüşməmək cəhdi gizlənir. Ya da bu, öz ailəsinin təhlükəsizliyini gücləndirmək məqsədini daşıya bilər. Ya da hakimiyyətinin ağır yükündən bir qədər dincəlmək, çətin və mürəkkəb siyasi qərarların qəbulu prosesində fasilə vermək cəhdidir.

Bu mövzuda uzun müddət danışmaq olar. Amma istənilən halda Ermənistandan gələn məlumatlar bu Cənubi Qafqaz ölkəsinin bütün ictimai sahələrində – siyasi, iqtisadi, sosial, hüquqi və s. ciddi böhrandan xəbər verir. Bu halda ölkənin ali rəhbəri fikrini ilk növbədə, milli-dövlət problemlərinin həllinə deyil, şəxsi məsələlərə yönəltmişdir. Belə çıxır ki, bütün digər səviyyələrdə rəhbərlər təxminən eyni şəkildə məşğul olurlar. Onda ölkədə nə baş verir və orada operativ qərarlar qəbul edən və daim yaranan çağırışlara reaksiya verən kimdir?

Yəni Qarabağda və Ermənistanda baş verən hadisələrə cavab olaraq yalnız bir cavabı verə bilərəm. İctimai həyatın bütün sahələrində böhranlı vəziyyətlər və problemli məsələlər çoxalır.

– Qarabağda yaşayan ermənilər yardım üçün bu torpaqların həqiqi sahibinə müraciət edə bilərlərmi?

– Nəzəri cəhətdən edərlər, amma praktikada onlar buna getməzlər. Birincisi, bu hərəkət erməni ictimai rəyində satqınlıq kimi qiymətləndiriləcək. İkincisi, Ermənistanın güc xidmətləri onlara bunu etməyə imkan verməyəcəklər, onların hərəkətlərini düşmən tərəfinə keçid kimi müəyyənləşdirəcəklər.

– Son günlər Azərbaycanın Qarabağı işğaldan azad etmək üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazır olması barədə söhbətlər aktuallaşıb. Bakı həqiqətən buna getsə, nə olar? İşğal olunmuş əraziləri azad etmək üçün Azərbaycan Ordusuna nə qədər vaxt lazımdır?

– Azərbaycan Ordusu işğal etdiyi ərazilərini qısa müddətdə azad etmək iqtidarındadır. Hazırda Azərbaycanın ictimai şüurunda belə bir dəqiq fikir yaranıb ki, hərbi yoldan başqa əraziləri qaytarmaq yolu yoxdur. Ona görə də həm cəmiyyətdə, həm də xüsusən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əhval-ruhiyyə çox qətidir. Rəsmi İrəvan dərhal artıq mövcud olan razılaşmaların “Madrid prinsipləri” çərçivəsində yerinə yetirilməsinə başlayarsa, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə hazırlaşar. Yəni Ermənistan işğal olunmuş yeddi rayondan öz qoşunlarını dərhal çıxaracaq və Dağlıq Qarabağın gələcək statusunun rəsmi Bakı üçün məqbul formada müzakirəsinə başlayacaq./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password