ABŞ-da küçələr döyüş meydanına döndü

ABŞ-da qaradərili vətəndaş Corc Floydun polis tərəfindən zorakılıqla öldürülməsinə etiraz olaraq başlayan kütləvi iğtişaşlar 7-ci günündə davam edir.

Bəzi bölgələrdə aksiyaların şiddəti azalsa da, bir sıra yerlərdə etirazçılarla polis arasında insident yaşanıb.

Polis və Milli Qvardiyanın bir neçə gündür ki, nəzarəti ələ keçirdiyi, etirazların sıfır nöqtəsi olan Minneapolis şəhərində diqqətəlayiq olay yaşanmayıb. Floydu anma mərasimləri isə davam edib.

Minnesota ştatı Milli Qvradiyasından verilən açıqlamada birliklərin xidmətlərini böyük miqyasda tamamladığı və evlərinə geri qayıtmağa başlayacağı qeyd edilib.

ABŞ-ın ən qələbəlik şəhəri Nyu-Yorkda isə aksiyalar komendant saatının qüvvəyə mindiyi 23:00-a qədər davam edib. Polis etirazçılara gözyaşardıcı qazla müdaxilə edib. Şəhərin bir çox mağazalarında yağmalanma olayları kameralara tuş gəlib.

Pensilvaniya ştatının paytaxtı Filadelfiyadakı meydanda şiddət olayları yaşanıb. Polislə etirazçıların qarşıdurmasında çox sayda insan və bəzi mühafizəçilər yaralanıb.

Vaşinqtona 1 saatlıq məsafədə yerləşən Baltimorda etirazlar gecə saatlarına qədər davam edib. Dallasda kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edən polis çox sayda insanı həbs edib.

ABŞ mediasının məlumatına görə, ən az 40 şəhərdə komendant saatı tətbiq edilir./publik.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password