Xaricdəki istintaqçılar Eldar Mahmudovun övladları ilə bağlı sirri açdı
İstintaq Azərbaycanın keçmiş təhlükəsizlik rəhbərinin övladları tərəfindən Harrods yaxınlığında 17 milyon funt sterlinqlik bir ev, o cümlədən bir sıra lüks mülklər alındığını müəyyən edib.
“The Guardian” yazır ki, söhbət keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladlarından gedir.
İngiltərə nəşri yazıb: “2015-ci ildə prezidentin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Onun istefaya göndərilməsi ilə bağlı rəsmi açıqlama verilməyib.
İndi, “Cayman National Bank” (Man Isle of Man) Ltd (CNBIOM) tərəfindən 2019-cu ilin noyabr ayında hak edilmiş və sonradan onlayn olaraq yayımlanan müştəri sənədlərinə əsasən, Mahmudovun ailəsinin təxminən 100 milyon avroya yaxın dəyərində biznes və əmlak imperatorluğu qurduğunu göstərir”.
Daha sonra “Guardian”-da qeyd olunur ki, aktivlərin demək olar ki, hamısı Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər hesabına əldə edilib.
Sənədlərdən aydın olur ki, 2016-cı ilin iyun ayında CNBIOM-da normativ tələblərə uyğunluq meneceri hamısı Mahmudova məxsus şirkətlər olan “Britannia Group Ltd” ilə əlaqəli “bağlı qurumlar” şəbəkəsi haqqında daxili bir sənəd hazırlayıb.
Növbəti ayda bank Man adasında Maliyyə Kəşfiyyat Birliyi 2008-ci ildən əldə edilən gəlirlərə görə açıqlama verib.
2014-cü ilin oktyabrından 2015-ci ilin iyulunadək Kayman adalarında yerləşən bankın Anar Mahmudovun “Britannia Group Ltd”-nin hesablarına təxminən 14 milyon funt sterlinq dəyərində əmanət qoyduğunu qeyd edib.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (“Financial Uncovered and Transparency International) üzrə çalışan jurnalistlər CNBIOM tərəfindən təsbit edilən “bağlı qurumlardan” istifadə edərək bacı-qardaşın əldə etdikləri əmlak arasında Puledə və Bornmutda iki ofis blokunu müəyyənləşdirib. Onların dəyəri 13.5 milyon funt sterlinqdir.
İstintaq, həmçinin Anar Mahmudovun Pont küçəsində, Naytbricdə 17.35 milyon funt sterlinqə satılan dördmərtəbəli əmlakı oduğunu aşkar edib.
Anar Mahmudovun qayınanası Zamira Hacıyevanın Harrodsda 16 milyon funt sterlinqdən çox pul xərclədiyi məlum olub. Onun əri, Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev, mənimsəmə ittihamı ilə 2015-ci ildə tutuldu və sonradan həbs edilib.
Hacıyev ittiham edildikdən və Eldar Mahmudov işdən çıxarıldıqdan sonra CNBIOM Mahmudovla əlaqəli hesabları bağlayıb. “İndi tam şəffaflığın olması vacibdir və bu investisiyalar üçün sərvət mənbəyi araşdırılır”.
Bunu “Transparency International” beynəlxalq siyasət idarəsinin direktoru Dunkan Heym bildirib.
Anar və Nərgiz Mahmudovların hüquqşünasları “Finance Uncovered”-ə bildiriblər ki, ailənin sərvəti XIX əsrdə bəxti gətirən əcdada – Aslan Aşurova gedib çıxır. Onların sözlərinə görə, bacı-qardaşın əmlaklarının hamısı lazımi qaydada qeydiyyata alınıb və Anar Mahmudovun öz biznesində uğurlu bir iş adamıdır.
Sızan sənədlərdə Anarın var-dövlətinin Bakıda neft və tikinti firması quran xalası Elmira Mahmudova hesabına əldə olunduğunu izah edən bir məktub da var.İstintaq müəyyən edib ki, Mahmudovlar Malyorka, Lüksemburq və Litvada da mülklərə və şirkətlərə sahibdirlər./reyting.az/