Vasif Novruzov Qobustanda kimdən və niyə gizlənir?

 

Son vaxtlar Qobustan rayon İcra Hakimiyyətindən və rayon Bələdiyyəsi tərəfindən vətəndaşlara qarşı olunan bir çox haqsızlıqlar barədə dövrü mətbuatda çoxsaylı şikayətlərə rast gəlinir.Olunan çoxsaylı müraciətlərdə vətəndaşlar aidiyyatı qurumlardan Qobustan rayon İcra Hakimiyyətinin də yol verdiyi haqsızlıqların qarşısının alınmasını tələb edirlər.Əldə etdiyimiz məlumatlara görə Qobustan rayonunda bu günlərdə artıq araşdırmalara başlanılıb. Rayonun sabiq İcra başçısı olmuş İsmayıl Vəliyevin işi üzrə bir çox vəzifəli şəxs artıq dindirilib.Məlumatlara görə,İsmayıl Vəliyevin dövründə Qobustan rayon Bələdiyyəsində sədr olmuş və hal-hazırda da bu vəzifəni tutan Vasif Novruzov da onların arasında olub.Bu yoxlamalardan sonra çoxsaylı şikayətlərdən qorxmayan, hətta vətəndaşlara hədə-qorxu gəlməkdən belə çəkinməyən Qobustan Bələdəyyəsinin sədri Vasif Novruzovun bir neçə gündür ki,vəziyyətinin gərginləşdiyi bildirilir.
Rayon sakini Leyla Osmanova Aktualinfo.org-un elektron poçtuna ünvanladığı məktubda yazır ki,“mənim Qobustan şəhər Bələdiyyəsi sədri, rüşvətxor, yaramaz İsmayıl Vəliyevin sağ əli olmuş Vasif Novruzov və ona havadar olan dəstədən etdiyim son şikayətlərdən sonra törətdiyi genişmiqyaslı dələduzluq faktlarının üstünün açılmaması məqsədi ilə telefonunu söndürərək onunla maraqlanan aidiyyatı orqanlardan gizlənməyə cəhdlər edir.” Xatırladaq ki,Leyla Osmanova ona ayrılmış torpaq sahəsinin Qobustan şəhər Bələdiyyəsi sədri Vasif Novruzov tərəfindən başqasına satılması ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı müraciət ötən həftə tərəfimizdən geniş ictimaiyyətə çatdırılmışdı.Məlumatlara görə Qobustan şəhərində torpaq sahələrini sataraq dəyəri milyonlarla ölçülən mal-mülk sahibinə çevrilmiş Vasif Novruzovun qanunsuz əməllərini sadalamaqla qurtarmaq olmaz.Onun bu özbaşınalıqlarından olunan çoxsaylı şikayətlər Prezident Adminstrasiyasını və digər yuxarı instansiya dövlət qurumlarını artıq hərəkətə keçməyə vadar edib. Odur ki,yaxın günlərdə Ağstafadan başlanan həbs dalğasının Qobustan rayonundan davam edəcəyi gözlənilir.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə, Neftçala rayon İcra Hakimiyyətinin fevralın 20-də həbs olunmuş İcra başçısı İsmayıl Vəliyevin 2005 – 2011-ci illərdə Qobustan rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi göstərilən tarixlərdə törətdiyi qanunsuz əməllər də araşdırılır.Məlumatlara görə yerli Aqrar İslahatlar Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarına əsasən Qobustan rayon Qaraçüzlü kəndinin 40 sakininə verilmiş pay torpaqlarının İsmayıl Vəliyev tərəfindən satıldığı bəlli olub. Qeyd edək ki, hələ bir neçə il əvvəl kənd sakinlərinin ölkə başçısı İlham Əliyevdən tutmuş digər yüksək səlahiyyətli orqanların rəhbərlərinə ünvanladıqları çoxsaylı şikayətlər tərəfimizdən bir neçə dəfə ictimailəşdirilsə də problem həllini bu günə qədər tapmamışdı.

Qeyd edək ki,İsmayıl Vəliyev Qobustan rayon İcra Hakimiyyətinə başçısı təyin olunduqdan cəmi bir il sonra,yəni    2006-cı ildə kənd sakinlərinin pay torpaqları alqı-satqı müqaviləsi əsasında Məmmədov Malik Xeyrulla oğlunun (2018-ci ildə qəfil ürək tutmasından dünyasını dəyişib) adına etibarnamə ilə satılmışdır. Bunu xüsusilə vurğulamaq istərdik ki, burada vəfat etmiş şəxslərin belə torpaq payları etabarnamə əsasında zəbt edilmiş,hətta razılıq ərizəsi verməyən ailələrin də torpaq sahələri saxta alqı-satqı müqavilələri əsasında əllərindən alınmışdır. Bütün bunların başında isə təbi ki,İsmayıl Vəliyev dayanırmış. Torpaq sahələrinin adına rəsmiləşdirdiyi Malik Məmmədov isə həmin dövrdə “Gilan Holdinq”in məsul işçilərindən biri imiş. Malik Məmmədov vaxtılı ilə Gömrük Komitəsində Kəmaləddin Heydərovun müavini olmuş və bu yaxınlarda Səfər Mehdiyev tərəfindən təqaüdə göndərilən General-leytenant Nazim Məmmədovun qardaşı olub. Qeyd edək ki,kənd sakinlərindən əlindən saxta alqı satqı müqavilələri ilə alınmış 526 hektar torpaq sahəsi uzun illər istifadəsiz qalıb.Lakin buna baxmayaraq Malik Məmmədov sözügedən torpaq sahələrinə görə dövlətdən hər il 25-35 min manat arası subsidiya alıb.Bu da təbii ki,ya İsmayıl Vəliyevə çatıb,ya da bölüşdürülüb. 2011-ci ildə İsmayıl Vəliyevdən sonra Qobustan rayonuna İcra Hakimiyyətinin başçısı təyin olunmuş Adil Məmmədov da kənd sakinlərinin çoxsaylı şikayətlərindən sonra məsələdən xəbərdar olub.Lakin tədbir görmək əvəzinə Malik Məmmədovun əkilməyən,istifadəsiz torpaq sahələrinə dövlətdən subsidiya almasına şərait yaradıb və beləliklə də bu cinayət əməlinin iştirakçılarından birinə çevrilib.Bu səbəbdən hazırda Adil Məmmədovun da vəziyyətinin gərgin olduğu bildirilir.

Qeyd edək ki,2011-ci ildən Qobustan rayon İcra Hakimiyyətinə başçılıq edən Adil Məmmədovun günahları tək bununla bitmir. Məlumatlarda Adil Məmmədov da dost tanışların adına hər bir kənd üzrə formal torpaq sahələri yazdıraraq külli-miqdarda dövlət vəsaitini subsidiya şəklində mənimsədiyi bildirilir.

 

Aktualinfo.org

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password