Rabitəbank-ın reklam layihəsi beynəlxalq festivalda ölkəmizə ilk qızılı qazandırdı

Rabitəbankın “Ödənişlərinizi nağdsız edin” adlı poster seriyası beynəlxalq müsabiqədə Azərbaycana ilk qızılı gətirdi.

İlin əvvəlindən bugünədək aktual mövzu olan COVİD-19 pandemiyası ilə əlaqədar dünyada qeyri-müəyyənlik hökm sürür, insanlar normal rutinində alışmadıqları dəyişikliklərə məcbur olurlar. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xüsusən bu günlərdə insanlara virusdan qorunmaq üçün bir çox çağırışlarla səslənib. Bunlardan biri də gündəlik həyatımızda icra etdiyimiz nağd ödəmə üsuluna aiddir. Bir kağız əsginas gün ərzində əldən-ələ hesabsız dövriyyə edir. Bu da koronavirusun kağız əsginasla keçmə təhlükəsini istisna eləmir.

ÜST-ün çağırışına dəstək olaraq Rabitəbank da hər kəsi nağdsız ödəniş əməliyyatlarına üstünlük verməyə səslədi. Rabitəbankın üstün keşbək sisteminə malik taksit və debit kartı Kartmane, “PayPass Sticker” kimi innovativ məhsulları ilə nağdsız ödəniş sistemi müştərilərinin həyat tərzinə çevrilməkdədir. Bu tədbirə diqqəti gücləndirmək üçün Rabitəbank, Endorphin reklam agentliyi ilə birgə “Ödənişlərinizi nağdsız edin” adlı poster seriyası hazırladı. Posterlərdə əsas məqsəd dünyada ən çox istifadə olunan 3 valyutada əks olunmuş şəxsləri tibbi maska ilə təsvir etməklə nağdsız ödənişin təhlükəsizliyini insanlara çatdırmaq idi.

Paylaşıldığı gündən etibarən posterlər sosial mediada geniş səs doğuraraq Gürcüstan, Türkiyə, Qazaxıstan, Rusiya, Yaponiya və bir çox Avropa ölkələrinin reklam və marketinq platformalarında paylaşıldı. Hər il keçirilən Kiyev Beynəlxalq Reklam Festivalına (KIAF) qatılmaqla bu poster seriyası “Dizayn&Brendinq” və “Çap&Nəşriyyat” kateqoriyalarında iki qızıl mükafata layiq görüldü. Bu layihə həm də digər kateqoriyalarda da bir gümüş və iki bürünc mükafat qazanmaqla ümumillikdə 5 mükafatla festivalın TOP 10-a daxil oldu. Qeyd edək ki, Azərbaycan reklam sənayesi üçün bu festivaldan həm qızıl, həm də eyni işlə 5 mükafat qazanmaq bir ilk idi.

Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password