Amerikada vətəndaş etirazları daha da şiddətlənib – Polislərə qarşı qəzəb getdikcə artır

Cümə gecə ABŞ-ın Portland şəhərində Corc Floydun Minneapolisdə öldürülməsinə etiraz edən nümayişçilər baş polis idarəsinə daxil olub. Rəsmilər onların polis idarəsində yanğın çıxardıqlarını bildirib.

Portland polisi etiraz zamanı azı bir güllələmənin olduğunu bildirib, lakin bununla bağlı dərhal əlavə detal açıqlamayıb. Şəhərin mərkəzində bir küçədə kartonlar və başqa əşyalar yandırılıb. İnsanların Pioneer Place alış-veriş mərkəzinə daxil olaraq, Louis Vuitton mağazasından çantalar oğurladıqlarını göstərən video yayılıb. Polis insanların onlara qarşı mərmi atmasının ardınca onları dağıtmaq üçün etirazçılara qarşı qaz bombasından istifadə etdiyini bildirib.

Polis Twitterdə etirazları iğtişaş adlandırıb və bir neçə küçəni bağlayıb. “Ya indi dağılın, ya sizi dağıtmaq üçün qaz, mərmi və başqa vasitələrə əl atacağıq”, polis deyib.

Bundan əvvəl minlərlə insan Portlandın şimalında yerləşən Peninsula Parkda toplaşaraq üç saat boyunca dinc anım mərasimi keçirib. Daha sonra yüzlərə insan şəhərin mərkəzindən Portlandın baş polis idarəsinə doğru yürüş edib. Yol boyu vandalizm halları baş verib.

İnsan Minneapolisdə 46 yaşlı Corc Floydun öldürülməsinə etiraz edir. Qaradərili Corc Floyd ağdərili polis tərəfindən həbs edildiyi zaman boynuna dizini qoyması nəticəsində boğularaq öldürülüb. Həmin polis cümə günü cinayət ittihamı ilə həbs olunub.

Portland meri Ted Viler Twitter-də etirazçıları dinc qalmağa çağırıb və axşam saat təxminən 11:50-də deyib ki, o, ölüm ayağında olan anasını ziyarət etmək üçün şəhəri tərk etsə də, artıq Portlanda geri qayıdır.

“Mən ailəmlə birlikdə ölüm döşəyində olan anamın yanındayam. Çox çətindir, amma şəhərimin dağıldığını görmək də çətindir. Mən İNDİ geri gəlirəm,” o deyib və polis və icma liderləri ilə danışacağını bildirib.

“Portland, bu, biz deyilik. Siz bizim şəhərimizi dağıdanda icmamızı da dağıdırsınız. Bir-birinizə qarşı zorakılıq edəndə, bizim hamımıza zərər vurursunuz. Bununla Corc Floydun xatirəsinə necə hörmət etmiş olursunuz?” – o, Twitter-də yazıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password