Ermənistanın Zəngəzur bölgəsində qiyam qalxdı – ölkədə nə baş verir?

Dünən bütün günü Ermənistanın Kapan polis bölməsi gərgin vəziyyətdə olub. Kacaranlılar orada toplaşaraq, tutulanların İrəvana aparılmamasını tələb ediblər.

Bu haqda məlumatı İstintaq Komitəsi yayıb.

Mənbə bildirir ki, kacaranlılar oğurluq edən və dalaşan zamanı tutulublar, onlardan birinin evində aparılan axtarış zamanı çox sayda marixuana aşkar edilib.

Komitəyə görə, şəhər merinin də bu işə qarışdığı yoxlanılır. Bu səbəbdən onun evində axtarış aparılıb.

Dünən o, etiraz aksiyasına qatılaraq baş verənləri siyasi təqib kimi xarakterizə edən bir bəyanat verib.

Polisin məhbuslara qarşı zorakılıq tətbiq etdiyi barədə məlumatlar yayılıb. Polis daxili araşdırma aparacağına söz verib.

Polis qüvvələrinin İrəvandan Kapana gətirildiyi və Ombudsmanın bu məlumatlara reaksiya verdiyi də üzə çıxıb.

Dünən baş nazir Nikol Paşinyan Kapan hadisələri ilə əlaqəli olan status paylaşıb.

“Cinayət və korrupsiya ilə bağlı heç bir güzəşt olmayacaq, sərt və qanuni müqavimət olacaq” deyə yazıb.

Göründüyü kimi, bu açıqlama nümayişçilərə qarşı güc tətbiq etməyə hazırlaşdıqlarını ehtimal edir.

Son günlərdə təkcə Kacaranda deyil, Sünikin (Zəngəzur) digər yaşayış məntəqələrində də şəhər merlərinin evlərində axtarışlar aparılıb.

Hazırda söhbət Gorus və Kapan merlərinə qarşı gedən proseslərdən gedir. Belə genişmiqyaslı əməliyyatların dava və oğurluq işi ilə əlaqədar olduğunu deyirlər.

Bu şəhərlərin merləri hakim partiyanı təmsil etmirlər. Mer hökuməti siyasi təqibdə ittiham edir.

Əslində Ermənistanda nə baş verir və hadisələr hansə məcraya yönəlir?

Bu “yad” rəhbərləri kənarlaşdırmaq, “müxalifət”ə zərbə vurmaqmı məqsədini daşıyır? Yoxsa doğrudanmı, ölkədə kriminogen vəziyyət var?

Hər halda vəziyyət ciddidir./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password