“Bavariya” “Ayntraxt”ı darmadağın etdi
Futbol üzrə Almaniya Bundesliqasında XXVII turun növbəti oyunları keçirilib.
Aktualinfo.org-un məlumatına görə, lider “Bavariya” Frankfurt “Ayntraxt”ını qəbul edib. Münhendəki “Alyans Arena”da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 5:2. “Bavariya”nın qollarını 17-ci dəqiqədə Leon Qoretska, 41-ci dəqiqədə Tomas Müller, 46-cı dəqiqədə Robert Levandovski, 61-ci dəqiqədə Alfonso Deyvis və 74-cü dəqiqədə “Ayntraxt”dan Martin Hinteregger öz qapısına vurub. Hinteregger avtoqoladək 52 və 55-ci dəqiqələrdə “dubl” etməyi bacarıb.
Bu nəticədən sonra xalını 61-ə çatdıran “Bavariya” ən yaxın izləyicisi Dortmund “Borussiya”sı ilə fərqi yenidən 4-ə çatdırıb. “Ayntraxt” isə 28 xalla 13-cü yerdə qalıb.
Turun digər oyunlarının nəticələri:
23 may
“Borussiya” (Mönhenqladbax) – “Bayer” – 1:3
“Volfsburq” – “Borussiya” (Dortmund) – 0:2
“Paderborn” – “Hoffenhaym” – 1:1
“Frayburq” – “Verder” – 0:1
22 may
“Herta” – “Union Berlin” – 4:0
Qeyd edək ki, tura mayın 24-də keçiriləcək “Şalke” – “Auqsburq”, “Maynts” – “Leyptsiq” və “Köln” – “Fortmuna” (Düsseldorf) görüşləri ilə yekun vurulacaq.