Daha bir icra başçısı işdən çıxarıldı
Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Aktualinfo.org xəbər verir ki,bununla bağlı Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Qeyd edək ki, 1957-ci il təvəllüdlü A.Seyidov 2006-cı ildən bu vəzifəni tuturdu.