“Eurohome”da çalışan sahibkarlardan etiraz: “Deyirlər başınıza çarə tapın” – VİDEO

“Eurohome” ticarət mərkəzində mayın 11-də baş verən yanğından sonra sahibkarlara bazarın nə vaxt fəaliyyətə başlayacağının bəlli olmadığı deyilib. Buna görə də bu gün 50-yə yaxın sahibkar bazarın ərazisində toplaşaraq etiraz ediblər.

Sahibkarlardan biri Rasim Musayev  bildirib ki, bu gün onlara artıq işləməyəcəkləri deyilib:

“Bazarın sahibi Azər Möhlətov gəlib dedi ki, istintaq gedir deyə bazar işləməməlidir. Amma nə vaxta qədər işləməyəcəyini demirlər. Bizim dükanlara aidiyyatı olmayan yerdə 4-5 mağaza yanıb. İstintaq orada işini görsün, imkan versinlər biz də işləyib çörəyimizi qazanaq”.

Rövşən Əliyev qeyd edib ki, “Sədərək” Ticarət Mərkəzində dəfələrlə yanğın baş versə də, o bazar bir dəfə də bağlanmayıb. Sahibkar Əhməd Nəsibov isə bildirib ki, onlara mallarını mağazalardan çıxarmaq tapşırılıb:

“Bu o deməkdir ki, bazar bağlanır. Bizə deyirlər gedin başınıza çarə tapın”.

Sahibkarlar bildiriblər ki, bura yığışmaqda məqsədləri odur ki, istintaq və istintaqa nəzarət edən şəxslər onlara işləməyə icazə versinlər./Qafqazinfo/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password