Bizi dəhşətli bir fəlakət gözləyir – Erməni deputat

Ermənistan Respublikasının həqiqətən təkcə siyasi deyil, həm də sosial-iqtisadi fəlakət gözlədiyini söyləmək mübaliğə olmaz.

Bunu 168.am erməni nəşrinə Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatı İveta Tonoyan bəyan edib.

Onun sözlərinə görə, bu fəlakəti aradan qaldırmaq, mövcud iqtisadi vəziyyəti düzəltmək və əhalinin sosial-iqtisadi problemlərini həll etmək üçün balanslı, əsaslandırılmış addımlar və konkret hökumət strategiyası lazımdır.

“İndi fövqəladə vəziyyət zamanı hökumətin hərəkətlərini izləmək, xronologiyanı müzakirə etmək vaxtı deyil. İndi bir-birinə palçıq atmaq vaxtı deyil. Vaxt gələcək, bütün günahkarlar etdikləri və ya etmədikləri üçün məsuliyyət daşıyacaqlar. Fövqəladə vəziyyətdə təxminən 2 aydır boş qalan əhalimiz ciddi sosial problemlərlə üzləşəcəkdir. Böyük bir fəlakətə hazır olmalıyıq” deyib./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password