Ukrayna İranı məhkəməyə verir – 176 nəfərin ölümünə görə…
İranda raket hücumuna məruz qalan Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ediləcək.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ukraynanın Xarici İşlər nazirinin müavini Yevgeni Yenin mövzu ilə bağlı bunları deyib: “İstinaqla əlaqədar müzakirələr tıxanarsa, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacağıq. Bu, sadəcə Ukraynanı maraqlandıran məsələ deyil. Kanada, İngiltərə, İsveç, Əfqanıstan və Ukrayna dövlətlərinİn birləşdirilmiş cəbhəsindən söhbət gedir. İstinaq istənilən sürətdə getmir. Təyyarənin “qara qutusu” və kodların açılması prosesində irəliləyiş yoxdur”.
Qeyd edək ki, 8 yanvar tarixində Ukrayna Hava Yollarına məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi İran İnqilab Keşikçiləri Korpusunun hava hücumundan müdafiə sistemləri tərəfindən raket hücumlarına məruz qalmış, nəticədə təyyarədə olan 176 nəfərin hamısı dünyasını dəyişmişdi. Ölənlərdən 11-i Ukrayna, 82-si İran, 63-ü Kanada, 10-u İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya, 3-ü Britaniya vətəndaşı olub.
İran təyyarənin qırıcı olduğunu, buna görə də yanlışqla hədəf alındığını açıqlamış, günahkarların cəzalandırılacağını bildirmişdi./publika.az/