Daha bir icra başçısı vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Aktualinfo.org  xəbər verir ki, sərəncamla Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.

1991-1992-ci illərdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı olub. 2019-cu ildən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password