Almaniya Bundesliqası bərpa olundu – İki darmadağın və bir sensasiyonal qələbə
Koronavirus pandemiyası səbəbi ilə dayandırılmış Almaniya Bundesliqası bərpa olunub.
Aktualinfo.org-un məlumatına görə, çempionatı dayanmayan Belarusu nəzərə almasaq, yaşıl meydanlara qayıdan ilk ölkə olan Almaniyada XXVI tur başlayıb.
İlk oyun günündə 6 qarşılaşma nəzərdə tutulub. Bunlardan beşi artıq başa çatıb.
Fasilədən sonra ilk qolu Dortmund “Borussiya”sının ulduzu Erlinq Holand vurub. Onun komandası “Şalke”ni darmadağın edib. “Herta” isə səfərdə “Hoffenhaym”ı böyük hesabla yenib.
Günün sensasiyası Leypsiqdə qeydə alınıb. Şəhərin eyniadlı komandası “Frayburq”la matçda xal itirib.
Qeyd edək ki, tura mayın 18-də yekun vurulacaq.
Almaniya Bundesliqası
XXVI tur
16 may
17:30. “Auqsburq” – “Volfsburq” – 1:2
Yedvay, 54 – Steffen, 43, Qinzek, 90
17:30. “Borussiya” D – “Şalke” – 4:0
Holand, 29, Qerreyro, 45, 63, Azar, 49
17:30. “Fortuna” – “Paderborn” – 0:0
17:30. “Hoffenhaym” – “Herta” – 0:3
Akpoquma, 58 (avtoqol), İbişeviç, 60, Kunya 74
17:30. “Leypsiq” – “Frayburq” – 1:1
Poulsen, 76 – Qulde, 34