Türkiyə Azərbaycan qazının tədarükünü müvəqqəti dayandırılacaq

Türkiyənin dövlət boru şirkəti olan BOTAŞ (Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə hissəsinin operatoru) planlaşdırılmış texniki işləri ilə əlaqədar 2020-ci ilin sentyabr ayında Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə çatdırılan Azərbaycan qazının qəbulunun dayandırılmasını planlaşdırır.

Bu barədə  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, vaxt baxımından planlaşdırılan işlərin (Türkiyə ərazisində qaz nəqliyyatı şəbəkəsində aparılacaq planlaşdırılmış profilaktik işlər – red.) maksimal həddi beş gündür.

“Günlərin dəqiq sayı, çox güman ki, işə başlamazdan bir neçə həftə əvvəl müəyyənləşəcək”, – deyə, İ. Əhmədov qeyd edib.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Türkiyə və Gürcüstana Xəzərin Azərbaycan sektorun yerləşən “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz nəql edilir.

“BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlının verdiyi məlumata görə, Türkiyə tərəfi qazı qəbul etmədiyi hallar “Şahdəniz” yatağında aparılan hasilata təsir göstərmir. Burada hasil edilən qaz Azərbaycan və Gürcüstana tədarük edilir.

“Belə hallarda biz Türkiyə tərəfinin payını Azərbaycana və Gürcüstana tədarük edirik. Onlar (Türkiyə – red.) qazı qəbul edə bilmədiyi halların çoxunda bu həcmləri Azərbaycan tərəfi qəbul edir”, – deyə, T. Bayatlı anlatdı.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

Cənubi Qafqaz Boru Kəməri qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password