Azərbaycana 55 kq-dan artıq narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə isti­qamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən  verilən məlumata görə, son bir neçə gün ərzində 3 halda 55 kiloqram 360 qram narkotikə oxşar vasi­tənin İran İslan Respublikasından Azərbaycan əra­zisinə gətirilməsinin qarşısı alınıb.

Mayın 10-da Astara rayonunun Orucməhəllə kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına cəhd əlamətləri aşkar olunub, əraziyə baxış keçirilərkən sahibsiz halda 1 ədəd çanta tapılıb. Çan­tada 3 ədəd bağlamada ümumi çəkisi 11,9 kiloqram olmaqla 4 900 qram “Marixuana”ya, 3 450 qram “Heroin”ə, 1 550 qram “Tiryək”ə, 2 000 qram “Metafetamin”ə, 3 800 ədəd “Metadon M-40” həbinə oxşar vasitə aşkar olunub.

Həmin gün DİN əmək­daşları ilə birgə keçirilən əmə­liy­yat tədbiri nəticəsində Astara rayonunun Pəlikəş kəndinin yaxın­lı­ğın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kilo­qram “heroinə” oxşar vasitə aşkar olunub.

Mayın 11-də Beyləqan rayonunun Əhmədli kəndi yaxın­lı­ğında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd nar­yadı tərəfindən 1 nəfər sərhəd pozucusunun hərə­kəti aş­kar oluna­raq ona “Dayan” əmri verilib, qaçaqmalçı dövlət sər­hədindən qa­nun­suz keçir­diyi əşyaları ataraq geri qaçıb. Həmin əşyalara baxış keçirilib, selofan bağlamalarda ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19 180 qram “tiryək”ə, 16 305 qram “heroin”ə, 2 415 qram “ma­­ri­xuana”ya oxşar vasitə aşkar olunub.

Qeyd edilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password