Koronavirus xəstələrini sağaldan həkim öldürüldü – SUİ-QƏSD

ABŞ-ın Pensilvaniya ştatında koronavirusla əlaqəli “çox vacib bir ixtiranın astanasında” olduğu iddia edilən Bing Liunun öldürülməsi ciddi rezonans doğurub.

Pittsburq Tibb Universitetinin tədqiqatçısı olan 37 yaşlı Bing Liu şənbə günü “Rose Township”dəki evində ölü vəziyyətdə tapılıb.

Polis rəsmiləri Liunun başından və boyundan vurulduğunu açıqlayıb.

Liunun cəsədi tapıldıqdan bir saat sonra evdən təxminən bir kilometr aralıda dayanan bir nəqliyyat vasitəsinin içərisində də ikinci bir cəsəd tapılıb. Bu cəsəd öldürürlən tədqiqatçının qatili 46 yaşlı Hao Gu adlı şəxsə məxsus olub.

Belə ki, cinayətkarın qətli törətdikdən sonra intihar etdiyi bildirilib.

ABŞ polis rəsmiləri belə açıqlama verib ki, cinayətkarla ölən şəxs arasında ədavət olub, qətl də bu üzdən baş verib. Lakin sosial mediada qətlin qəsdən təşkil olunduğu və tədqiqatçıya sui-qəsd edildiyi iddia olunur.

Həmkarları Liunun Covid-19 araşdırmalarında əhəmiyyətli tapıntılara çatacağını söylədikdən sonra isə qətlin planlaşdırılmış olması ilə bağlı iddialar daha da çoxalıb. / Modern.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password