Ürək tutmasından ölən şöbə müdirini icra başçısının danladığı üzə çıxdı

Bir neçə gün əvvəl Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdirinin qəfil vəfat etməsi barədə məlumat vermişdik.

Gədəbəy RİH-in vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlunun ürək tutması nəticəsində vəfat etdiyi bildirilmişdi.

Yaxınlarının verdiyi məlumata görə, şöbə müdiri icra başçısı İbrahim Mustafayev tərəfindən ölümündən bir neçə gün əvvəl iş otağında ağır şəkildə danlanıb. Bu zaman o, özünü pis hiss edib və iş yoldaşlarının köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onda infarkt əlamətləri müəyyən edilsə də, R.Həsənov evə buraxılıb. Çox keçmədən RİH-in şöbə müdiri ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, icra başçısı İbrahim Mustafayevin Gədəbəy rayon İcra Hakimiyyətinə rəhbərliyə başladığı dövrdən bu cür hal artıq 3-çü dəfədir baş verır. Belə ki, ötən ilin aprelində Qaradağ kəndinin icra nümayəndəsi Cahangir Qasımov icra hakimiyyətinin binasında dünyasını dəyişib, ilin sonlarında isə Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərov başçını qəbulundan çıxıb evə gəldikdən sonra huşunu itirərək xəstəxanaya aparılıb.

Aktualinfo.org xatırladır ki,may ayının 1-də Gədəbəy rayon İcra Hakimiyyətində aparatın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlunun ürək tutmasından dünyasını dəyişməsi barədə məlumatlar yayılmışdı.Məlumatlarda 1971-ci il təvəllüdlü R.Həsənovun rayonun Arıqıran kəndində yaşadığı bildirilirdi.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password