Məhkəmə saxlanılan icra başçısının barəsində QƏRAR VERDİ
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Səbail Rayon Məhkəməsində verilən vəsatət təmin edilib və V.Hacıyev barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, V.Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla vəzifəsindən azad edilib. (Oxu.az)