Kredit borcu olanlara banklardan güzəşt gözlənilirmi?
Pandemiya dövründə, vətəndaşların vəziyyətini və bankaların mövcud gəlirliyini nəzərə alan Mərkəzi Bank bütün kommersiya və dövlət banklarına əhaliyə xüsusi güzəş edilməsini tövsiyyə edib. Amma , bu tövsiyyə bəzi banklar tərəfindən qulaqardına vurulur. Millət vəkili Vüqar Bayramov isə deyir ki, Mərkəzi bank bu qərarı tək başına vermədiyindən, bütün təşkilatlar bu tövsiyyələrə əməl etməlidir.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Vətəndaş – (Səs yazısı): “Bankın işçisi mənə deyir ki, heç bir güzəşt yoxdur. Nə olsun ki, güzəşt edilməsi tövsiyyə olunub, ödəməlisən, yoxsa faiz gələcək”.
Vüqar Bayramov – Milli Məclisin deputatı: “Tədbirlər planı hazırlanan zaman banklar, eləcə də Banklar Assosasiyası iştirak edib. Və banklar isə tövsiyyə əsasında ,tədbirlər planın icrasına razılıq verib”.
Təkliflərdə isə qeyd olunur ki, banklar pandemiya dövründə kredit götürən vətəndaşlara bəzi güzəştlər getməlidir. Və bu Sentyabr ayına kimi nəzərə alınmalıdır”.
Xalid Kərimli – İqtisadçı: “Vətəndaşlara əlavə faiz hesablanmayacaq. Və bununla da onun kredit tarixçəsi korlanmayacaq”.
Bu dövrdə vətəndaşlar kredit ödənişləri icar etməsə, aylıq ödənişlər icra edilməsə, əsas borca faizin işlənməsi dayanmayacaq. Yəni, krediti götürən şəxs imkan daxilində mütəmadi olaraq, ödənişlərini həyata keçirməlidir.
Xalid Kərimli – İqtisadçı: “Bu kömək əsasən sentyabrın 30-dək imkan çatmayan ,ödəniş imkanı olmayan şəxsli əlavə faiz yükü ilə yükləmməyə xidmət edir”.
Mütəxəssislərin fikrincə Mərkəzi bank banklara requlyativ tətillər də verilisin. Və kommersiya banklarının qarşısına qoyulan tələblər bu müddətdə yumşaldılsın.
Rəşəd Həsənov – İqtisadçı: “Ekspertlər deyir ki, banklardan təkidlə ödəniş tələbi alan vətəndaşlar, bununla bağlı Banklar Assosasiyasına , eyni zamanda Bank Ombudsmanına müraciət edə bilərlər…”.
Aktualinfo.org