Baş infeksionist: “Yumşalmalar ləğv edilsin, karantin yenidən sərtləşdirilsin”

Operativ Qərargahın qaydalarına əməl olunmasa, tədbirlər yenidən sərtləşdirilə və yumşalmalar ləvğ edilə bilər”.

Bunu ölkənin baş infeksionisti Cəlal İsayev iki gündür Azərbaycanda koronavirus infeksiyasına yoluxan xəstələrin sayında olan artıma münasibət bildirərkən deyib.

İnfeksionist bunun səbəbini vətəndaşların verilən tövsiyyələrə əməl etməməsində görür: “Mayın 5-də koronavirusa yoluxanların sayının kəskin artmasına səbəb vətəndaşların verilən tövsiyyələrə əməl etməməsidir. Aprelin 27-dən sonra Azərbaycanda vəziyyət stabilləşmişdi. Hamı da bundan sevinirdi ki, may ayında virusa yoluxanların sayında azalma müşahidə olunar və ayın sonuna yaxın da hissə-hissə karantindən çıxarıq. Amma görürsünüz ki, rejimə əməl edən yoxdur, tövsiyyələrə məhəl qoymurlar. Əhalinin bir hissəsinə işə çıxmasına icazə verilib. İşə gedənlərlə yanaşı SMS-lə icazə alıb evdən çıxanlar da var. Onlar 3 saat müddətində ictimai nəqliyyatdan istifadə edirlər. Avtobusda isə maska taxmırlar, ara məsafə gözləmirlər. Bütün bunlar bir başa xəstələrin sayının artmasına səbəb olur. Məsələn, o gün bankın qarşısında böyük növbənin şahidi oldum. Vətəndaşlar bir-birinin üstündə, üstəlik də heç biri maska taxmayıb”.

Cəlal İsayevin insanları vəziyyəti başa düşməyə çağırıb: “Əgər biz yay mövsümünü rahat keçirmək istəyiriksə, qərargahın verdiyi tövsiyyələrə əməl etməliyik. Əməl olunmasa tədbirlər ola bilər ki, yenidən sərtləşdirilsin və yumşalmalar ləvg edilsin”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password