190 manat birdəfəlik ödəmə iyunda da veriləcəkmi? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi ötən gün Azərbaycanda koronavirusa yoluxma hallarının sayında artım müşahidə edilib. Koronavirusla bağlı elan olunmuş karantin rejim yenidən sərtləşdirilərək uzadılsa 190 manat birdəfəlik ödəmənin verilməsi digər aylara da şamil edilə bilərmi?

Bununla bağlı danışan deputat Fazil Mustafa bildirib ki, əgər karantin rejim sərtləşdirilərək uzadılarsa aztəminatlı ailələrə verilən 190 manat və digər yardımların verilmə vaxtı da uzadıla bilər: “Bütövlükdə bu kimi məsələlərdə əhalinin davranışı problemlər yaradacaq. Hesab edirəm ki, Azərbaycanda bu gedişlə vəziyyət ağırlaşacaq. Bütün dünya ölkələrin labaratoriyaları və elm adamları çox çalışır ki, koronavirusun peyvəndini tapsınlar. Amma biz cahiliyimizlə koronavirusa qalib gəlmiş kimi hərəkət edirik. Ona görə də vəziyyət acınacaqlıdır. Hətta tanıdığım ziyalı insanlar bunun boş şey olduğunu özü üçün icad edibdir. Ona görə nəticə çox ağır olacaq. Bizdə bir şey ciddi qarşılamaq deyilən anlayış yoxdur. Lağlağıya meyilli cəmiyyətik. Ona görə bunun ağır nəticələri gözləniləndir”.

Deputat Cavid Osmanov bildirib ki, Nazirlər Kabinetinin yanında operativ Qərargahın karantin rejimi ilə bağlı aprelin 27-də verdiyi qərarla karantin rejimində yumşalmalar oldu: “Xüsusən bölgələrdə təhsil müəssisələrindən sonra bütün iaşə obyektləri işlək vəziyyətə gətirildi. 65 yaşdan yuxarı insanların evdə qalmasından başqa bütün dövlət müəssisələri də fəaliyyətini bərpa etdi. Amma bundan sonra yoluxanların dinamikası azalmaya doğru deyil artmağa doğru getdi. Dünən yoluxanların sayı 76 nəfərə çatdı. Dünən Operativ Qərargahın brifinqində yoluxma artma dinamika ilə davam edərsə növbəti mərhələdə yenidən sərtləşməyə gediləcəyi ilə bağlı fikirlər səsləndirildi. Bir neçə günün nəticəsinə baxılaraq 11 mayda karantin rejimin sərtləşməyə və ya yumşalmağa doğru gedəcəyi ilə bağlı qərar veriləcək. Bildiyiniz kimi cənab prezidentin tapşırığı ilə 190 manat birdəfəlik ödəmə 600 min nəfərə şamil olunmuşdu. Bu ödəmə aprel və may ayları üçün nəzərdə tutulub. Əgər karantin rejimdə sərtləşmə olarsa may ayını da əhatə edəcəkdir. Növbəti ay mərhələsi necə olacağı ilə bağlı hökumət işlər aparır. Bu gündən necə olacağı ilə bağlı fikirlər səsləndirmək tezdir. Təbii ki, heç birimiz arzulamazdıq ki, aprelin 5-də olunan sərtləşmə iyun ayında da olsun. Əgər iyunda karantin rejim yenidən sərtləşmə olarsa dövlət növbəti addımlarını atacaq. 190 manat birdəfəlik ödəmənin verilməsi iyun ayına kimi uzadıla bilər. Amma 190 manat birdəfəlik ödəmə aprel-may ayları üçün nəzərdə tutulub. Təbii ki, verilən qərarlar ölkə ərazisində koronavirusa yoluxanların artma və azalma dinamikasından asılı olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password