“Müstəqil hakimlər yox dərəcəsindədir” – Millət Vəkili

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa ölkədə məhkəmə -hüquq sistemindəki duruma toxunub.

Fazil Mustafa ölkədə məhkəmə islahatlarının vacibliyinə toxunub.
O, qeyd edib ki, bir rayonda həbs olunan icra başçısı sahibkarın torpağını zorla almayıb, məhkəmənin yardımı ilə qanuniləşdırərək mənimsəyib:
” Əgər bir rayonda 150 bu cür məhkəmə qərarı varsa, görün respublikada nə qədərdir. Ona görə də prezidentin apardığı islahatlar ilk olaraq məhkəmə sistemində köklü dəyişikliklərə səbəb olunmalıdır. Bizdə vicdanlı hakimlər az deyil, lakin müstəqil hakimlər yox dərəcəsindədir. Hakimlərə müstəqillik verilməyincə, onlara məmur gözü ilə baxıldığı halda onlar nə icra başçısının, nə nazirin qarşısında vətəndaşın qanuni maraqlarını müdafiə edən addımlar ata bilməyəcəklər. Onların maddi yəminatı yüksək olmalıdır ki, imkansızlıqdan korrupsiyaya bulaşmasınlar. Bizdə Sovet nostalgiyası 1949-cu ilin donmuş ətini 1980-ci ildə talonla aldığımıza görə deyil, məhz məhkəmə ədalətsizliyinə görədir. Məhkəmənin səhv qərarını SSRİ Ali Məhkəməsində düzəltməyə ümid var idi, indi isə belə ümid də yoxdur. Vətəndaşa bu ümidi qaytarmalıyıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password