Millət vəkili – “SMS almayan vətəndaşlarımız yaxın günlərdə bildiriş alacaq”

“SMS almayan vətəndaşlarımız yaxın günlərdə bildiriş alacaqlar”.

Aktualinfo.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, 190 manat birdəfəlik yardımla bağlı ATV kanalına verdiyi müsahibəsinin təhrif olunub:

“ATV kanalındakı birədəfəlik sosial yardımlara müraciətlə bağlı fikirlərim bir sıra mətbu orqanlar tərəfindən təhrif olunaraq yayımlanıb. Bir daha qeyd etmək istərdim ki, birdəfəlik sosial yardımlara müraciət başa çatıb və may ayında yardım almaq üçün əlavə müraciətə ehtiyac yoxdur. Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin məlumatına görə, əvvəlki dövrdə edilən bütün müraciətlər cavablandırılır və SMS almayan vətəndaşlarımız da yaxın günlərdə bildiriş alacaqlar. O baxımdan heç bir vətəndaşımızın yenidən müraciət etməsinə ehtiyac yoxdur”.

Vüqar Bayramov qeyd edib ki, vətəndaşların birdəfəlik yardımla bağlı müraciət mərhələsi artıq tamamlanıb:

“Aprel ayında yardım alanların hər birinə ikinci ayın ödənişləri həyata keçiriləcək. Sadəcə, bu dəfə bütün ödənişlər bank vasitəsi ilə reallaşacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password